Qadın gözəlliyini nələr məhv edə bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 702
Səs ver:
(səs: 2)
Gözəlliyi məhv edən 5 səbəb 

Dəri problem dayanıb duran yerdə ortaya çıxmır. Bəzi səhvlər dərini daha pis göstərə və pis nəticələrə gətirib çıxara bilər. 

1. Makiyajlı yatmaq – dəri üçün bundan zərərli şey ola bilməz. Əgər sağlam dəri istəyirsinizsə, yatağa getməzdən əvvəl bütün makiyajı üzünüzdən bir kənara atın və nəmləndirin. Makiyaj gecə dərinin nəfəs almasına mane olur. 

2. Köhnə makyaj vasitələri – heç bir kosmetik vasitəni istifadə etməyə başladıqdan sonra 12 aydan artıq saxlamayın. Bir kosmetik məhsulun qapağı açıldıqdan sonra 12 ay müddəti var. Quru göz kölgələrinin ömürü isə 3 ildir. Lakin kosmetik məhsulları düzgün qaydada saxlamaq lazımdır. 

3. Üst-üstə makiyaj etmək – səhər evdən çıxan zaman makiyaj etmisinizsə, onu yeniləməklə dərinizə ən böyük pisliyi edirsiniz. Dəridə neçə qat ənlik, kirşan, tonal krem yığılır və onu qurudur. Üzünüzü təmizləmədən makiyaj etməyin. 

4. Tez-tez peeling etmək – Peeling müəyyən vaxtlarda təkrarlanan bir prosesdir. Hər gün və ya 2 gündən bir peeling etmək olmaz. Əks halda dəridə yeni hüceyrə yaradan sebum azalar və ləkə kimi problemlər yarana bilər. 

5. Kirli makiyaj fırçaları – qoca nənələr kimi 40 il əvvəl alıb saxladığınız makiyaj fırçalarını sandıqda saxlamayın. Həftədə bir dəfə bütün makiyaj fırçalarınızı yuyun. Mümkün olsa, spritlə təmizləyin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri