Erkən nigahlara yox deyek

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 959
Səs ver:
(səs: 4)
Son 14 ilin statistikası göstərir ki, Azərbaycanda nikaha daxil olan xanımların bir qayda olaraq 7 faizə qədəri erkən yaşlı qızların payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən nikaha daxil olan qızların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9%-ə çatıb.
Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı, Lerik rayonlarında erkən nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. 2005-2006-cı illərdə erkən nikaha girənlərin yaşı 15-16 həddində idisə, hazırda 13-14 yaşlarında qızları da valideynləri ailə qurmağa vadar edirlər. Məlumat üçün qeyd edim ki, Azərbaycanda nikah yaşı 18-dir. Yalnız istisna hallarda, üzrlü səbəblər olduqda 17 yaşda da icazə verilə bilər. Günümüzün reallığı belədir ki, erkən nikahların böyük əksəriyyəti xoşbəxt sonluqla bitmir, nəticədə körpə və ana ölümü hallarının, boşanmaların sayı artır, qadınların təhsil imkanları azalır. Rəsmi statistikaya görə, Azərbaycanda il ərzində təxminən 4000 erkən nikah baş tutur, belə nikahlardan 3500-ə yaxın körpə dünyaya gəlir. Mütəxəssislər erkən ərə verilən qızları dünyaya gətirdiyi uşaqların əqli və fiziki inkişafdan geri qalması, hətta tələf olması ehtimalının daha çox olduğunu vurğulayırlar. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamaları 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqlar arasında ölüm riskinin daha yüksək olduğunu təsdiqləyir. Həmin anaların özləri ilə bağlı da ölüm riski yüksəkdir. Dünyada bu yaş həddində olan qızlar arasında ölüm daha çox hamiləlik səbəbindən baş verir. Digər tərəfdən, erkən nikah sözsüz ki, qeyri-qanuni şəkildə qurulur. Rəsmi nikahı olmayan ailələr dağılarkən qadınlar daha çox problemlərlə üzləşirlər, övladlarına görə aliment ala bilmirlər, vərəsəlikdən məhrum olurlar. Onu da vurğulamaq lazımdır ki, əksər valideynlər qız uşaqlarını tez-tələsik ərə verəndə onun təhsilinin yarımçıq qaldığını düşünmürlər. Təhsildən yayındırılaraq ərə verildikləri üçün azyaşlı qızların sonradan təhsil almaq ehtimalları da sıfıra yaxındır. Təsadüfi deyil ki, erkən nikaha daxil olan qadınların 53,7%-ni natamam orta təhsilli evdar qadınlar təşkil edir.
Evlilik-Nedeniyle-Is-Sozlesmesinin-Feshi
Erkən nikalarla bağlı apardığım araşdırmaların nəticələri məni çox narahat etdiyi üçün bəzi insanlarla fikirlərimi paylaşmaq istədim, çox maraqlı rəylər öyrəndim. Fərdi İnkişaf Ustası, beynəlxalq dərəcəli NLP Master Babək Bayramovun fikrincə, valideynlər qızlarını məcburi şəkildə ərə verməməlidir, əks halda ailə nədir bilməyən, ailəiçi fərdlər arasında ünsiyyət qura bilməyən, övladını yetişdirə bilməyən azyaşlılar ciddi psixoloji travma alırlar. "Atalarımızın gözəl bir sözü var ki, bağban bağa baxsa, armud vaxtında yetişər. Hər bir prosesin yetişmə dövrü var.Ona görə də erkən qurulan ailələr tez dağılır, xəstə körpələr dünyaya gəlir, qadınların psixikası pozulur”.
Bu sahədə qanunvericilikdə də müəyyən dəyişikliklər olunmalıdır, qızlarını erkən ərə verən valideynlər cəzasız qalmamalıdır, valideyn məsuliyyətinin artırılması üçün müxtəlif cərimələr və ya cəza tədbirləri tətbiq olunmalıdır. Çox uzağa getməyək, qonşu Türkiyədə övladlarını erkən nikahlara məcbur edən valideynləri 22 il həbs cəzası gözləyir. Düşünürəm ki, məhz belə sərt cəza tədbirləri problemin həllinə yardımçı ola bilər. 9 saylı hüquq məsləhətxanasının sədri, vəkil Şəfiqə Nağıyeva ilə söhbətdə müvafiq qanunvericilikdə hər hansı cəza tədbirinin olmadığını öyrəndik.
Şəfiqə xanım da qanunvericilikdə müəyyən dəyişikliklərin vacibliyini, cərimə və cəzaların tətbiqinin problemin həllində mühüm rol oynayacağını vurğuladı. Eyni zamanda o qeyd etdi ki, erkən nikahlar qanunsuz olduğu üçün belə ailələr dağılanda ana və dünyaya gəlmiş uşaq üçün bəzi çətinliklər yaranır. "Rəsmi qaydada aparılmadığına görə erkən nikahdan dünyaya gələn uşaqlarda atalıq müəyyən olunmur. Bu halda məhkəməyə müraciət olunur. Əksər hallarda belə ailələr dağılır, boşanma zamanı əgər atalıq müəyyən olunmayıbsa, uşağa aliment də kəsilmir. Digər tərəfdən, nikah yoxdursa, ev, əmlak tərəflər arasında bölünmür, qadın uşaqla küçələrdə qalır”.
Fikrimizi ATV-də yayımlanan "Ümid Var” televiziya verlişinin layihə rəhbəri Nəmənt Rüstəmovla da bölüşdük. Nəmənt bəyin fikrincə, erkən nikahların qarşısının alınmasında təkcə dövlətin deyil, biz hər birimizin mübarizə aparmalı olduğunu vurğuladı. "Erkən nikahlar daima televiziya verlişlərində işıqlandırılmalı və müzakirə olunmalıdır. Bunun üçün isə televiziyada maarifləndirici verlişlər yayımlanalıdır. "Ümid Var” televiziya verlişidə bele maarifləndirici verlişlərindəndir. "Ümid Var” da dəfələrlə erkən nikaha girmiş qızlarla rastlaşmışıq. Və onların erkən nikahdan sonrakı acınacaqlı taleyi tamaşaçıya göstərilmişdir”.
Yazıçı-dramaturq, ictimai xadim Elnurə Abdullayevaylada fikrimizi bölüşdük. "Bəzi valideynlər düşünür ki, qızın 18 yaşı tamam oldu, ərə vərmək lazımdır. Lakin valideynlər düşünmür ki, qızın tez ərə verilməsi onun gələcəyini məhv edir. Düzdü nənələrimizin dediyinə görə qızın 13 yaşı tamam olmamış evləndirirdilər. Mən nənələrimizin fikrini inkar etmirəm. Məncə o dövrün insanlarıyla, bu dövrün insanları arasında çox fərq var. İndiki insanların evliliyi 3 aydan artıq çəkmir. Mən bu fikri hamıya şamil etmək istəmirəm. Bəzi valideynlər qızın tez ərə verilməsinin tərafdarıdılar. Onlar fikirləşir ki ,qızımın 17 yaşı tamam oldu, elçilər gəldi, hə cavabını verdim, üzüklər taxıldı və ən nəhayət toy oldu. Lakin övladlarının sonrakı taleyini fikirləşmirlər. Sonra isə uşaq dünyaya gətirir. Və ən sonda ailədə olan problemlər onların boşanmasına gətirib çıxarır. Qız isə tək uşaqnan küçələrdə qalır. Bu da erkən nikahın sonu…
Buna görədə valideynlər qızlaını tez ərə verməzdən əvvəl yaxşı fikirləşməlidirlər”.
Erkən nikahlara qarşı təkcə dövlət deyil, biz hər birimiz mübarizə aparmalıyıq. Xüsusilə KİV-lərin bu istiqamətdə aparacağı işlər önəmlidir. Mətbuatda, radio və televiziya verlişlərində bu mövzu davamlı işıqlandırılmalı, müzakirə olunmalı, qarşısını almaq üçün yollar axtarılmalıdır.
 
Elşən Yəhyayev
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 5 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri