Katrin Denyov: Kişinin sevgisini qorumaq üçün

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 089
Səs ver:
(səs: 2)
Katrin Denyov üçün həyat prinsipləri hər şeydən əvvəl gəlir. Aktrisa iddia edir ki, hər zaman yaxşı formada qalmasının səbəbi bu qaydalara əməl etməsidir. 
 
Daxili aləminiz sizin başlıca məziyyətinizdir!
Katrin yalnız xarici görünüşü ilə bağlı komplimentlər eşidəndə inciyir. Çünki o hesab edir ki, xarici görkəm insan həyatında ikinci planda dayanır. Katrin bütün pərəstişkarlarına öz daxili aləmini inkişaf etdirməyi və digər insanların xarici görünüşünü mühakimə etməməyi təkidlə məsləhət görür.
Kiminsə arzusu olmaq heç də gözəl hiss deyil...
 
Fəal vətəndaşlıq mövqeyiniz olmalıdır!
Aktrsa heç vaxt dünyada və öz ölkəsində baş verən hadisələrdən kənarda olmayıb, lazım gəldikcə, ictimai hadisələrdə  öz mövqeyini bildirib. Məsələn, O, Fransada baş verən müxtəlif aksiyaların, etiraz nümayişlərinin fəal iştirakçısıdır.
 
"Məşhurluğumun ehtiyac olduğu zaman köməyimə gəlməsi xoşuma gəlir. Qalan vaxtlarda isə sadəcə, sıradan biri olmağa çalışıram”.
 
Şəxsi həyatını nümayiş etdirmə!
Bu gözəl aktrisa cavanlıqda daha kimlərlə məhəbbət macərası yaşamayıb... Bu siyahıda Roje Vadim, Marçello Mastroyanni, Serj Qensbur, Conni Hollidey, Luis Bunyuel,  hətta Fransa prezidentlərindən birinin də adı çəkilir! Ancaq Katrin Denyov şəxsi həyatının təfərrüatlarını cidd-cəhdlə gizlədir.
 
"Kişinin sevgisini qoruyub saxlamağın ən yaxşı yolu ona ərə getməməkdir!”
 
Yaşa görə çox kədərlənməyə dəyməz!
Bu gün 18 yaşlı qızlar belə əməliyyatla gözəlləşmək istədiyi halda, kino diva heç zaman plastik əməliyyat etdirməməsi ilə fəxr edir. O, həyatdan hər yaşda zövq almağa çalışır. Məsələn, böyük məmnuniyyətlə bağda bitkilərlə əlləşir, şamlar hazırlayır, nəvələri üçün piroq bişirir.
"Mən öz gəncliyimi qaytarmaq və hər şeyi yenidən başlamaq istəməzdim. Aktrisalara daha fərdi olmağa imkan verilmir".
 
Həyatı sevin!
Katrin Denyov siqaret həvəskarıdır. O, böyük məmnuniyyətlə, başqasının da siqaretini çəkir. Əlbəttə ki, bu məsələdə ondan nümunə götürməyə dəyməz, lakin bu qaydanın əsas mahiyyəti ondan ibarətdir ki, əgər bir qədəh içki sizi xoşbəxt edirsə, onu hərdən bir özünə icazə vermək olar.
 
Dəbli və qüsursuz görünün!
Fransanın dəbin paytaxtı olması heç kimə sirr deyil. Bu, özünü fransız gözəllərinin üslubunda da göstərir. Fransanın dəb ikonaları, hətta gündəlik həyatda da qüsursuz görünməyə çalışır. Sözsüz, Katrin Denyov da hər bir fransız gözəli kimi geyim seçiminə xüsusi həssaslıqla yanaşır.
"Heç vaxt özgəsinin fikrindən asılı olmayın! Öz gözəlliyinizdən zövq alın və onu təbiətin böyük hədiyyəsi kimi qəbul edin!”
 
Yadları özünə yaxın buraxma
Aktrisa həmişə yalnız ümumi mövzular barədə, amma böyük məmnuniyyətlə müsahibə verir! Qeyd etdiyimiz kimi, o, öz şəxsi həyatının təfərrüatlarını ictimaiyyətlə bölüşməyi sevmir. Ola bilsin, məhz bu qaydalar Katrin Denyova 72 yaşında belə, şıq və zərif görünməyə  imkan verir!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 089
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri