Birinci ledinin qüsursuz şıqlığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 050
Səs ver:
(səs: 1)
Əgər Amerikada ötən əsrin dəb  kraliçası Jaklin Kennedi sayılırdısa, indi onun yerini Mişel Obama tutub.
Vogue”  jurnalı tərəfindən dəb kraliçası seçilən birinci xanım Mişel Obama qara  dərisini parlaq rənglər sayəsində vurğulamağı çox sevir. Bu yazıda Mişel Obamanın rəngarəng geyim kolleksiyası ilə tanış ola biləcəksiniz.
 
Sarı, qırmızı, yaşıla çox üstünlük verən Mişel Obama öz üzərində sadə və birrənglərlə dəqiq qeydlər aparır. Çox bahalı paltarlar almadan da gözəl olmağın mümkün olduğunu göstərir. O, konseptual geyimlər seçir. Cəsarətli biçimlər və qeyri-adi naxışları özünə icazə verir. Eleqant geyimləri özünə o qədər gözəl yaraşdırır ki,  hətta protokol qaydalarını tapdalasa belə, bu, ona insanların sevgisini qazanmağa mane olmur.
Mişel Obama bütövlükdə cəlbedici obraz yaratmaq üçün zinət əşyalarından və aksessuarlardan çox istifadə edir. Seçdiyi zinət əşyaları onun özünəməxsusluğunu vurğulamağa yardım edir. Hətta M. Obama ABŞ tarixində bijuteriya taxmağı özünə rəva görən ilk "first lady”dir.
 
Bədən quruluşunu yaxşı tanıdığı üçün özünə nəyin yaraşdığını yaxşı bilir. Bahalı və təmtəraqlı geyimlərə marağı yoxdur. Sadə geyimləri irihəcmli aksessuarlarla vurğulamağa çalışır. Amerikalı gənc dizayner Ceyson Vu Proenzanın eskizlərini çox bəyənir. Amerikanın birinci xanımı Mişel Obama bir  dizaynerdən geyinməyi xoşlamır. Lakin  "Vera Wang”, "Marchesa”, "Tom Binns”, "Jason Wu”, "Ralph Lauren”, "Doo-ri Chung”, "Tom Ford”,  "Halston”, "Irit Design”, "Peter Soronen”, "Loree Rodkin”, "Azzedine Alaia” moda evlərinin işlərinə heyrandır.
 
Sizə Mişel Obamanın bir neçə fikirlərini təqdim edirik:
 
"Həyat yoldaşımın məni və qızlarımızı sevdiyini bilirəm, çünki bunu bizə hər gün deyir. O, hətta böyük qulaqlarına sataşmağımıza da icazə verir!"
"Barak iş səbəbi ilə səyahətdə olduğu bəzi günlərdə itimiz Bo ilə birlikdə yatıram".
 
"Yanımda planşetim olmadan heç yerə getmirəm”.
"Biz hər axşam saat 18:30-da ailəvi şam yeməyi yeyirik və yeməyin sonunda Allaha uzun ömür və sağlam həyat üçün dua edirik".
"Yediklərimə ciddi fikir vermirəm, amma hər gün mütləq  şəkildə meyvə və tərəvəz yeməliyəm. Mənə zövq verən ən böyük günahım kartof qızartmasıdır".
 
"Ağ Saraydakı komandamla görüşəndə birinci ayaqqabılarımı çıxarıram. Kim bütün gün ərzində ayağında stilettolarla gəzmək istəyər ki?"
 
"Barak Obama ilə toy mahnımız Nat Kinq Kolenin "Unforgettable” mahnısı olub".

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri