Gözəl görünmək istəyənlər

Şərhlər: 3
Baxılıb: 2 767
Səs ver:
(səs: 2)
Payız-qış ayları gələndə daha çox tünd rənglərə üstünlük veririk.

Insanlar bu fəsillərdə özlərini qara və qəhvəyi tonları, tünd göy kimi rənglərdə daha rahat hiss edirlər. Ancaq 2015-ci ilin davamı olaraq 2016-cı ildə də canlı rənglər, çəhrayı, xardal və yaşıl tonları geyimlərdə öz sözünü deyir. Bu rənglərin vəhdət daşıdığı kombinlər daha güclü və cəzbedici görünür. Soyuq və məxməri rənglərin arasına bir iki canlı rənglər qatmaqla kombini daha maraqlı etmək olar.

Ancaq hər zaman olduğu kimi ağ-qaranın yaratdığı qrafik naxışlarla bəzədilmiş paltolar, üst geyimləri bu il də bəyənilən geyim nümunələrindəndir. Söhbət qış aylarından gedirsə, kürkləri unutmaq olmaz. Ancaq kürkdən sadəcə yaxalıq, boyun aksesuarı kimi istifadə olunduqda daha iddialı görünür.

Son olaraq qeyd edək ki, boz rəngin çalarlarının üstünlük təşkil etdiyi toxunma jaketlər, sviter və koftalar bu qışın əvəz olunmazlarındandır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri