İlk addımı həyat yoldaşınızdan gözləməyin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 155
Səs ver:
(səs: 0)
alt

Evinizdə bir problem olduqda onu həll etmək əvəzinə kənarda dayanmağamı üstünlük verirsiniz? Hər dəfə mübahisəniz düşdükdə barışmağı birinci həyat yoldaşınızdanmı gözləyirsiniz? Əgər bütün bu suallara cavabınız müsbətdirsə, sizin üçün ailə səadətindən danışmaq hələ tezdir...
Bəzi qadınlar "ilk addım həmişə kişilərdən gəlməlidir” fəlsəfəsinə üstünlük verirlər. Bu, onlara görə, ailədə tərəflər arasında meydana gələn inciklikləri aradan qaldırmaq, əlamətdar günləri xatırlamaq, sürprizlər hazırlamaq, hər hansı bir problemi həll etmək və s. ola bilər. Təbii ki, bu vəziyyətdən sui-istifadə edənlər də var. Üstəlik, bəzi kişilər də eyni cür səhvlərə yol verirlər. Halbuki ailədə tərəflərdən biri geri addım atsa, tarazlıq pozular. Bu isə gələcəkdə həlli mümkün olmayan problemlərin meydana çıxmasına səbəb olar. Beləliklə, illər keçdikcə tərəflər bir-birindən daha çox şey gözləməyə başlayar.
Digər tərəfdən, ailədə tərəflər arasında fərqli fikirlərin olması da təbiidir. Məsələn, sizə görə problem olan bir məsələ həyat yoldaşınıza adi bir şey kimi görünə bilər. Belə olduqda o, sizdən üzr istəməkdən də imtina edər.
Bütün bu səbəbləri nəzərə alaraq ilk addımı həyat yoldaşınızdan gözləməyin. Əgər həll olunacaq bir məsələ varsa, ilk addımı siz atmağa çalışın. Çünki bu məsələdə itirdiyiniz hər dəqiqə ailə həyatınızı təhlükə altında qoya bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri