Qadınlar haqqında maraqlı məlumatlar

Şərhlər: 4
Baxılıb: 3 027
Səs ver:
(səs: 2)
Ərli qadınlar kökəlməyə meylli olrlar
Araşdırmalar göstərir ki, ərdə olan xanımlar subay həmyaşıdları ilə müqayisədə orta hesabla 1,5 kiloqram artıq çəki yığırlar. Araşdırmalarda qeyd olunur ki, əgər ərli qadının uşağı da varsa, onda artıq çəki 3,3 kiloqrama çatır. 10 il ərzində 18-23 yaş arası 6000 qadın arasında aparılan araşdırma göstərib ki, 10 il ərzində ərli qadın 5,6, onun uşağı da varsa, 7,4 kiloqram artıq çəki toplayır.
Mütəxəssislər bunu həmin xanımların özlərinə daha az vaxt ayırması ilə əsaslandırır. «Ailələi xanımların idman zallarına baş çəkməyə və digər bu kimi işlərə vaxtı qalmır. Onlar əksər hallarda rasional qidalanmaya da fikir vermirlər», - deyə mütəxəssislər bildirir.

Kişilər agıllı qadınları sevmirlər.
Son sorğular göstərir ki, kişilər səfeh, lakin gözəl qadınlara üstünlük verirlər, nəinki ağıllı, lakin eybəcər olanlara. Belə ki, rəyi soruşulan kişilərin 73%-i etiraf edib ki, onlar ağıllı yox, gözəl qadınlarla görüşməyə üstünlük verərdilər: qoy, qadın səfeh, amma cazibədar olsun. Daha maraqlı məqam isə ondan ibarətdir ki, hər 10 kişidən 8-i ağıllı qadınlardan qorxduğunu boynuna alıb.
Qadınlarda isə vəziyyət fərqlidir. Rəyi soruşulan hər 10 xanımdan yalnız 1-i kişilər kimi düşünür. Buna səbəb isə «yaraşıqlı kişilərlə seksin daha yaxşı alınmasıdır». Qalan xanımlar daha çox ağıllı kişilərə üstünlük verirlər.
 
Qadının gözəlliyi seçdiyi peşədən asılıdır.
Alimlər müəyyənləşdiriblər ki, qızların dərisinin xarici görünüşü və ümumi vəziyyəti seçdikləri peşədən çox asılıdır. Xüsusilə də son zamanlarda qadınlar arasında atopik dermatit və neyrodermit kimi xəstəliklər daha geniş yayılmaqdadır. Bir neçə il davam edən təcrübələrdə 4000-dən çox könüllü iştirak edib. Məlum olub ki, dərilərin daha çox allergik reaksiya göstərdiyi mexanizmlər yeniyetmə yaşlarında formalaşır. Bunun daha kəskin hal almasına isə kimyəvi dezinfeksiya vasitələri və milçəklər səbəb olur. Əgər xanımlar seçdikləri peşəyə görə bu amillərlə daha tez-tez rastlaşırsa, bu özünü onun dərinin xarici görünüşündə mütləq büruzə verir. Bağçaya gedən qızlarda neyrodermit xəstəliklərinin inkişafı üçün lap erkən vaxtlarından münbit şərait yaranır. Daha çox dəri problemləri ilə isə tibb bacıları, xadimələr, çörək bişirənlər rastlaşırlar.
 
Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar.
Amerikalı alimlər müəyyənləşdiriblər ki, yalan danışmaq qadınları təkcə utandırmır. Onları həm də yalan danışdıqdan sonra tez-tez dodaqlarını sabunla yumağa məcbur edir. Miçiqan universitetinin alimləri tərəfindən aparılmış təcrübələrdə 87 könüllü iştirak edib. Onlar gah yalan danışmalı, ya da düzünü söyləməli idilər. Məlum olub ki, yalan danışmağa məcbur olanlar tez-tez dodaqlarını yalayırlar. Yalan danışan qadınlara testdən keçəndən sonra əlləri və ağızı silmək üçün yeni vasitələri almaq təklif edilib. Yalan danışan xanımlar bu vasitələri böyük həvəslə alaraq ona istənilən qiyməti verməyə hazır olduqlarını açıqlayıblar. Lakin düz danışan xanımlar bu vasitələrə ehtiyac duymayıblar.
  
Qəhvə qadın orqanizmi üçün çox vacibdir.
Amerikalı alimlər apardıqları araşdırmalar zamanı belə bir nəticəyə gəliblər ki, qəhvə qadın orqanizminin normal fəaliyyət göstərməsi üçün vacibdir. Təcrübələrdə 84 min qadın və 42 min kişi iştirak edib. Həkimlər onlar üzərində 25 il müşahidə aparıblar. Təcrübə göstərib ki, gün ərzində ən azı 2 fincan qəhvə içən qadınlar digərləri ilə müqayisədə 25 faiz az ürək xəstəliklərinə tutulurlar. Qəhvə sevənlər digərləri ilə müqayisədə 18 faiz az bu cür xəstəliklərdən dünyasını dəyişirlər. Qəhvənin müsbət təsir göstərmədiyi yeganə xəstəlik xərçəngdir. Bundan əlavə, qəhvədən müntəzəm olaraq istifadə erkən ölümə gətirib-çıxarmır. Qəhvənin tərkibində ürək-damar sisteminin fəaliyyətini gücləndirən, astma risqini azaldan taninlər və antiturşular var.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri