Aralıq dənizi gözəlinin stilindən həzz alın!

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 326
Səs ver:
(səs: 2)
Bloq açdı, ulduzu parladı
 
Son illərin ən populyar stil ikonası italyan model və moda bloqqeri Kiara Ferranidir. 2009-cu ildə "The Blond Salad” adlı bloqunu yaradan Kiara qısa müddətdə gözlənilməz uğur qazandı.
 
İki il sonra artıq 1 milyon insanın təqib etdiyi bloqu sayəsində Kiaranın həyatı kökündən dəyişdi. 2011-ci ildə "The New York Times” onu "İlin ən yaxşı çıxışını edən ulduzu” adlandırdı.
Gözəl bloqqerin bu günə kimi 12 milyondan çox insanın tərzinə təsir etdiyi deyilir. Kiara 2013-cü ildə "İlin ən yaxşı bloqqeri” mükafatına layiq görülüb. Model daha sonra italyan dilində yazdığı bloqunun adını daşıyan kitab da çıxarıb.
 
Kiçikboylu xarizmatik sevgili
Kiaranın bu uğurları qazanmasında qüsursuz fiqurasının və mükəmməl üz cizgilərinin rolunu danmaq olmaz. Ancaq onun karyera pillələrini sürətlə qalxmasında fotoqraf və satış meneceri sevgilisi Rikardo Potsolinin də rolu böyük olub.
 
Boyu Kiaradan bir qarış qısa olsa da, Rikardo xarici gözəlliyi və şıqlığı ilə sevgilisinin kölgəsində qalmaqdan qurtulub. Eynilə Kiara kimi gözqamaşdıran Rikardo sevgilisinin bloqunun tanınması üçün əlindən gələn hər şeyi edib. Təəssüf ki, cütlüyün eşqi davamlı olmayıb. Onlar artıq ayrılıb, lakin Rikardo işlə bağlı olaraq Kiara ilə görüntülənə biləcəyini və düşmən olmadıqlarını hər fürsətdə dilə gətirir.
Brendlərin göz bəbəyi
 
Ferrani gözlədiyindən də tez bir müddətdə dünyaca məşhur brendlərin diqqətini çəkməyi bacarıb. 29 yaşlı gözəl model bir neçə il "Guess” markasının siması kimi fəaliyyət göstərib.
"Christian Dior”, "Louis Vuitton”, "Max Mara”, "Chanel”, "Tommy Hilfiger”, "Runny Green” "Booghers”, "J Brand”  də onunla əməkdaşlığa can atan moda evləridir.
"Cartier”, "Dolce & Gabbana” kimi məşhur brendlərlə əməkdaşlıq edən gözəl ulduz, "Levis’” brendi üçün isə xüsusi kolleksiya hazırlayıb.
 
Lakin Kiara bunlarla kifayətlənməyəcək qədər ağıllı və işgüzar qadındır. Elə buna görə də, o, çox keçmədən bloqunun adını daşıyan "The blonde salad” brendini yaradıb. Bu ayaqqabı markasının məhsullarının qiyməti heç də ən məşhur brendlərin qiymətindən fərqlənmir. 2010-cu ildə ilk kolleksiyasını çıxaran markanın maraqlı babetləri daha çox diqqət çəkir.
 
Müasirliklə retronun hüdudunda
Kiara Ferrani mütamadi olaraq əsas dəb şəhərlərini gəzir. Heç bir moda həftəsini qaçırmayan gözəl Paris, Milan, Nyu-York kimi şəhərlərdə çəkdirdiyi fotoları ilə izləyicilərinin rəğbətini qazanır.
Onun hazırladığı "look”lar hər bir xanımın diqqətini çəkməyi bacarır. Müasir trendlərlə retro stilinin harmoniyasını yaradan novator dəb ilahəsi, xüsusilə, 70-80-ci illərin tərzindən ilham alır.
 
Retro çanta, ayaqqabı və aksessuarlar Kiaranın vaz keçilməzləri arasındadır.
Çoxları onu "anti-ikona” da adlandırır. Buna səbəb gənc bloqqerin moda qanunlarını tapdalamasıdır.
Məsələn, Kiaradan öncə heç kim uzun və şıq libasları idman ayaqqabısı ilə geyinməyə cəsarət etmirdi. Ancaq indi ağ ketalarla uzun libas kombininin möhtəşəmliyini heç kəs dana bilmir. Çünki Kiara şıq görünmək üçün qəlibləşmiş qanunlara ehtiyacımız olmadığını göstərdi.
 
Kiara rəngarəng geyinməyi sevir. Bunu küçə stilində hiss etdirsə də, dəbdəbəli gecələrdə tək rəngə üstünlük verir. Qara, qırmızı, mavi, narıncı onun ən sevdiyi rənglərdir. Solğun rənglərlə al-əlvan rəngləri qarışdırmağı, onlar arasında uyğunluq tapmağı xoşlayır. Cəsarətli seçimlər etməsinə baxmayaraq, onun hazırladığı "look”lar insanın gözünü yormur. Əksinə, insan bir rəsm əsərinə baxdığını zənn edir və zövqlü geyinməyə həvəslənir.
 
Al dodaqlar, seksual baxışlar…
Kiara gəncliyinə və gözəlliyinə arxayın olduğu üçün təbii görünməyə can atır. Çox vaxt hiss edilməyəcək dərəcədə az makiyaj edir. Mavi gözlərini qəhvəyi göz kölgəsi ilə vurğulayır. Dodaqlarını isə geyiminə uyğun olaraq bej və ya qırmızı rəngə boyayır. Xüsusilə, qırmızı dodaq boyasını özünə çox yaraşdırır.
 
Saçlarda da sadə və təbii görünən düzümləri seçir. Xəfif dalğalar verdiyi saçlarını çox vaxt açıq saxlayır. Bəzən də hörüklərlə bir növ zərifliyini vurğulayır.
İtalyan gözəlin stilindən ilham almaq üçün təqdim etdiyimiz fotolara mütləq nəzər salın.

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 326
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri