Xaki fevral və mart ayının əsas rəngi olacaq

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 4 039
Səs ver:
(səs: 8)
Zərif çəhrayı, eləcə də soyuq mavinin yaz-yay aylarının əsas rənglərindən biri olacağı deyilir. Lakin yaza hələ çox var.
 
fashion-ekspertlərin fikrincə, havalar istiləşənə qədər dəb gündəmini xaki rəngi zəbt edəcək. Onların fikrincə, fevral və mart aylarında xaki rəngi aktual olacaq. İndi xakinin müxtəlif çalarları açıq qəhvəyi tonlarının ciddi rəqibi hesab edilir!
 
Məlum olduğu kimi, açıq qəhvəyi,  karamel, pastel və bej çalarları universal sayılır. Çünki onlar, demək olar ki, hər rənglə uyğunlaşır və istənilən hadisə üçün münasibdir. Açıq çalarlar, əlbəttə, qaralmış dəridə qəşəng görünür. Lakin qışda bu rənglər bənizinizi solğun göstərə bilər. Stilistlər bildirirlər ki, soyuq qış aylarında açıq qəhvəyini xaki ilə əvəz etsək, uduzmarıq. Bu rəng obrazınızı da iddialı göstərəcək.
 
Xakinin də öz növbəsində müxtəlif çalarları var: xardal rəngindən tutmuş, yaşıla çalan qəhvəyiyə qədər. Ona görə də hər kəs öz zövqünə münasib olan rəngi seçə biləcək.
 
Bu rəngin tünd variantları, xüsusən, axşam mərasimlərində gözəl görünürlər. Xaki açıq qəhvəyidən fərqli olaraq, sizi bir-iki yaş daha cavan göstərir. Nəhayət, xaki daha müasir və dəbli görünür.

 

 

(səs: 8)
Şərhlər: 8
Baxılıb: 4 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri