Sovet illərindən miras qalan dəb trendləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 822
Səs ver:
(səs: 0)
Məlum olduğu kimi, dəb dəyişkəndir, trend olan hər şey nə zamansa yenidən podiumlara qayıdır.
 
Geniş palto
Beli kəmərli uzun paltolar 60-ci illərdə çox sevilirdi. Yaxalığı xəzdən tikilmiş, iri düyməli geniş paltolar isə 80-ci illərin əsas favoritlərindən biri idi. O illərdə çəkilən "Brilyant əl” filminin əsas qəhrəmanı Svetlana Svetliçnayanın xalata bənzəyən retrosayağı paltosu yenidən aktualdır. Retro tərzində paltolar artıq neçə ildir ki, yaz və payız trendi olmağa davam edir. Bu cür paltoları qısaboğaz çəkmələr, don və ya dar cinslərlə geyinmək olar. Kiçik klatçlar obrazın əla tamamlayıcısı ola bilər.
 
Yarasa qolu
Biləyə qədər qolu enli, biləkdən aşağısı isə qol hissəsi dar olan köynəklər ötən əsrin əvvəllərində çox populyar idi. 80-ci illərin əvvəllərində isə bu cür köynəklər  bütün qadınların qarderobunu zəbt etmişdi. O vaxtkı sovet modapərəstlərinin  palto, gödəkcə, sviter, bluz, hətta donları da yarasa qolunu xatırladırdı. O illərdən miras qalan yarasa qolu fasonu yenə aktualdır. Bu da əbəs deyil. Çünki bu cür qollar həm rahatdır, həm sərbəst hərəkət etməyə imkan verir, həm də çox gözəl görünür.
 
Yarasa qollu bluz, sviter və köynəklər hündürbel, dar şalvar, yaxud qələm ətəklərlə əla görünür. Ayaqqabı seçimində isə dikdaban və ya tanketkalara üstünlük verin. Beləcə, yuxarı hissə - enli siluet aşağıya doğru incələcək. Dolayısı ilə ümumi görünüş balanslı olacaq.
 
Bntik
50-cı illərdə qərb moda tendensiyalarına qalib gəlmək asan məsələ deyildi. Amma bantiklər buna nail oldu! Belə ki, onilliyin sonunda köynəyinin yaxalığına əlavə olunmuş bantlar bütün sovet qızlarının heyranlıq predmeti olmuşdu. Son bir neçə ildir ki, bantlar yenidən dəbə minib.
 
Yaxalığına bant əlavə olunmuş köynəklər beli hündür cins, şalvar və ətəklərlə yaxşı uzlaşır. Bu zaman daha zərif ayaqqabı modelləri seçin.
 
Donlar
60-cı, 70-ci, 80-ci illərdə demək olar ki, bütün  sovet modapərəstlərinin donları eyni fasonlarda tikilirdi. Daha dəqiq desək, bu fasonlar qum saatı siluetini xatırladırdı. Bu cür donlar, adətən dama-dama və güllü parçalardan tikilirdi. O illərdən yadigar qalan retro stili müasir dizaynerlərin kolleksiyalarında getdikcə daha çox vüsət tapır.
 
Belə donları istənilən ayaqqabı ilə geyinmək olar. Müasir modapərəstlər hətta ağ krosovka və sliponları sınaqdan keçirməyə çəkinmir. Lakin biləkdə kəmərlə bağlanan dikdabanlar ən uğurlu variantdır.
 
Klyoş şalvarlar
70-cı illərdə SSRİ-də klyoş şalvarlar hamının sevdiyi, bəyənərək geyindiyi geyimlərdən idi. Bu dəb o qədər kütləvi hal almışdı ki, hətta kişi qarderobuna da yol açmışdı.
Sovet modapərəstləri bu cür şalvarları dama-dama köynək, həcmli sviter, yaxud bantlı bluzlarla birləşdirib hippi tərzi düzəldirdilər.
 
Klyoş şalvarlar bu günə qədər də öz aktuallığını itirməyən geyimlər kateqoriyasına daxildir. Xüsusi qeyd edək ki, enlibalaq şalvarlar hündür və qalın dabanlı ayaqqabılarla möhtəşəm görünür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri