"Seks olmadan olmaz" deyənlər bu xəbəri qaçırmasın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 331
Səs ver:
(səs: 3)
 

Çoxsaylı xahiş və müraciətləri nəzərə alaraq sizlərə bu mövzunu paylaşmaq qərarına gəldim ancaq ilk baxışdan göründüyü kimi mövzu daha çox maarifləndirici xarakter daçıyır. intimlə bağlı elə özünüzə, partnyorunuza dediyiniz və yaxud ya elə sizə söylənən çoxlu yalan var. Mövzu da elə həmin yalanları ortaya çıxartmaq və daha düzgün məlumatları sizinlə paylaşmaqdan ibarətdir. 

intimin insan vücuduna müsbət təsirli hərəkət olduğu dəqiqdir. intim sağlıq baxımından yaxşıdır amma xəstə olduğunuz zaman sizi yaxşı etməyəcək, sizə mənfi təsir göstərəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir. Xəstəlik zamanı cinsi əlaqədən uzaqlaşmaq çox vacib məsələdir.

Evlilik öncəsi cinsi əlaqə hər kəsin şəxsi seçimidir. Evliliyə hazır olmaq üçün öncədən mütləq cinsi yaxınlıq göstərmək yalandır. Evlilik öncəsi cinsi əlaqənin evliliyə hazırladığı, ya da ona müsbət təsir göstərməsi təsbit edilməyib. Ən doğrusu, özünü hazır hiss etdiyi zaman sağlam cinsi həyat yaşamağa başlamaqdır.

intim sevginin tək sübutudur kimi deyilən fikrlər də doğru deyil. Aşiq olduğunuz adam ona olan sevginizi cinsi əlaqə yoluyla sübut etmənizi istəyirsə, bunda israrlı davranırsa və siz bunu istəmirsinizsə, çox düşünməyə gərək yoxdur, yeganə yol ondan qaçaraq uzaqlaşmaqdır.

intim, partnyorunuzun sizi sevməyə davam etməsinə rəvac vermir. intimin bitməkdə olan münasibətlərin davam etməsinə şərait yaratdığı tez-tez duyula bilər. Amma bir kəslə sadəcə cinsi münasibətinizin davam etməsi, onun sizi hər zaman sevəcəyi anlamına gəlmir. Başqa sözlə, intim, sevgini satın ala bilməz. Bundan başqa mükəmməl cinsi həyatı olan cütlüklərin ayrılması da bilinən bir şeydir.

Kişinin sağlam cinsi yaşam sürdürməsi təbiidir və bunun bir xeyli gözəl tərəfi olduğu kimi, həm də əyləncəlidir. intim olmadan yaşaya bilməmək kimi bir durum olmasa da, «bir daha etməyəcəm» demək də böyük bir yalandır. Bəzən intimdən sonra yaranan peşmançılıq bir müddətdən sonra boşa çıxır və yenidən bu istək yaranır. Əgər cinsi əlaqə zamanı peşmançılıq hissi duyursunuzsa deməli partnyorunuz ürəyinizcə deyil sadəcə təlabatınızı ödəməyə çalışmısınız.

Çox qədimdən bəri səslənən fikir «intim olmadan olmaz»  bu, bəlkə də intim haqda söylənən ən böyük yalanlardan biridir. Vücudumuz cinsi əlaqəyə təbii olaraq çox uyğun olsa da, bu bir qadının, ya da bir kişinin intim olmadan yaşaya bilməyəcəyi anlamına gəlməz. Əlbəttə sağlam bir cinsi həyatın həm fiziki, həm də mənəvi baxımdan çox xeyri olduğu məlumdur, amma «intim olmadan olmaz» demək də doğru deyil.

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 6 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri