Sevən qadınlar münəccimdir

Şərhlər: 6
Baxılıb: 1 814
Səs ver:
(səs: 2)
Əksər hallarda insanlar bir-birinə çox bağlı olan cütlüklər haqqında belə bir ifadə işlədirlər: "Onun ürəyi filankəslə döyünür”. Əslində bizə sadə görünən bu cümlə heç də əsassız yerə işlənmir. ABŞ-da aparılan bir araşdırma sübut edib ki, bir-birini sevən insanların ürəyi eyni temp üzrə döyünür.
Kaliforniya Universitetinin professoru Emilio Ferrerin bir-birini sevən 32 cütlük üzərində apardığı araşdırma sübut edib ki, əksər hallarda sevgililərin ürəyinin döyünmə sürəti, nəfəs alıb-vermə müddəti bərabər olur.
Professor və onunla birlikdə bu araşdırmanı həyata keçirən alimlər təcrübədə iştirak edən cütlükləri eyni otaqda qarşı-qarşıya əyləşdiriblər. Bu zaman onların ürək döyüntüləri texniki qurğular vasitəsilə ölçülüb. Araşdırmaçılar bu qənaətə gəliblər ki, bir-birini sevən insanlar həm də qarşı tərəfin fikrini asanlıqla oxuya bilirlər. Onlar arasında olan görünməz körpü hətta sevgililərini görməsələr belə, qarşı tərəfin hazırkı əhvalını hiss etməyə şərait yaradır. Bu hiss qadınlarda daha güclü olur. Buna görə də tez-tez onların "Nədənsə nigaranam”, "Elə bil nəisə pis hadisə olacaq” kimi cümlələr qurduğunu eşidirik və əksər hallarda da onların bu narahatlıqlarının əsassız yerə olmadığının şahidi oluruq.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri