Ağıllı qadın

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 5 713
Səs ver:
(səs: 2)
Ağıllı qadınlar.. Yarımçıq və zəif nifrətləri sevməzlər onlar.. Onların nifrəti üçün buna dəyəcək bir insan lazımdır..
Onlar ağrı hiss etsələr də səslərini çıxartmazlar.. Başları hər zaman dikdir onların.. Dillərindən peşimanlıq cümlələri çıxmaz.. Özlərinə olan hörmətlərini və heçvaxt ayaqlar altına atmadıqları qürürlarını hər zaman qoruyub saxlayarlar əllərində..
Ağıllı qadınlar kişini başqasının əzməsinə imkan verməzlər.. Özləri əzə bilərlər ancaq.. Bunu elə etməyə çalışarlar ki, kişinin qüruruna toxunmasınlar, amma nəticədə günahkar elə yenə də özləri olarlar.. Onlar əvvəlcə susar, sonra soruşar, üstündən özləri də cavab verərlər.. Onlar susduqca dillərinə tikanlı məftillər dolaşar.. Və danışmağa başladıqlarında ilk öz dillərini qanadarlar.. Ağıllı qadınların deyiləsi çox sözləri olduğu üçün, daha uzun uzadı susarlar..
Ağıllı qadın özünü əzdirməz..
Ağıllı qadın özünü ağılsız aparmaz..
Ağıllı qadın özünə haqsızlıq etməz..
Ağıllı qadın sevərkən də ağıllı olar..
Bu səbəbdən də çox vaxt tənha qalar, AĞILLI QADIN...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri