Viktoriya Bekhem dikdabanları ilə vidalaşdı?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 778
Səs ver:
(səs: 3)
Viktoriya Bekhem hamilə ikən və ya qucağında körpəsi olanda belə dikdaban ayaqqabılardan imtina etməmişdi. Amma görünür, modelyerin sevdiyi ayaqqabıları ilə ayrılığının vaxtı çatıb.
41 yaşlı Bekhem illərdir vaz keçmədiyi hündürdaban ayaqqabılarına vida etməli olub.
 
Məsələ bundadır ki, 5 il bundan əvvəl həkim Viktoriya Bekhemə hündürdaban ayaqqabı geyinməməyi məsləhət görüb. Ancaq o zaman Viktoriya yüksəkdaban ayaqqabılarından ayrıla bilməmişdi. Modelyer həkimin bu məsləhətinə illər sonra əməl etməyə qərar verib. Deyilənlərə görə, modelyerin bu qərarı verməsinə ayağındakı problem səbəb olub.
 
Bekhem "The Telegraph” qəzetinə verdiyi müsahibəsində bunları deyib:
"Artıq hündürdaban ayaqqabıya üstünlük verməyəcəm. Ən azından, çalışarkən. Çox səyahət edirəm və paltarlarımın daha rahat və sadə olmasını istəyirəm”.
 
Yeri gəlmişkən, modelyer Nyu-York Moda Həftəsi çərçivəsində  nümayiş etdirdiyi kolleksiyasında da bu qaydaya əməl edib. Onun hazırladığı kolleksiyada rahat şalvarlar və idman ayaqqabılar yer almışdı. Modelyerin bu dəyişikliyi izləyənləri də təəccübləndirmişdi.
 
Xatırladaq ki, Bekhem illər əvvəl altı düz ayaqqabılardan nifrət etdiyini söyləmişdi. Bekhem "Balerina ayaqqabıları geyinmirəm. Hündürdaban ayaqqabıları çox sevirəm. Əslində, altı düz ayaqqabılardan nifrət edirəm. Onlar mənə iyrənc gəlir" - demişdi.
Viktoriya Bekhemin yaxınları modelyerin hündürdaban ayaqqabılara olan sevgisini boyunun ərindən qısa olması ilə əlaqəndirir. Hündür ayaqqabılar sayəsində o, yaraşıqlı əri Devid Bekhemlə eyni boyda görünür.

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri