Qadın xoşbəxtliyə dəvətnamədir?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1 761
Səs ver:
(səs: 2)
Bütün dövrlərdə istedadlı və yaradıcı kişilər heyrətamiz qadın gözəlliyinə baxmaqdan doymayıb. Qadınsız həyatın heç bir mənası olmadığını hər kişi etiraf edir. Axı qadın məlahəti və gözəlliyi olmadan gözəl şeir, rəsm, musiqi əsərləri yaranmazdı...
 
"Qadın da eynən təbiət qüvvəsi kimisidir – həm külək, həm ildırım, həm də elektrikdir" . (Haqqinston Torri)
 
"İnsan olmaq böyükdür, lakin qadın olmaq daha böyük məna ifadə edir". (Martin Larni)
 
"Qızlar oğlanlar üçün geyinmir. Əgər onlar oğlanlar üçün geyinsəydi, daim çılpaq gəzərdilər”. (Betsi Conson)
 
"Hər zaman elə gəzin ki, guya arxanızca üç kişi düşüb”. (Oskar de la Renta)
 
"Əgər bir kişi paltarı qadının əynindən çıxarıb atmaq və soyundurmaq istəmirsə, o paltarın heç bir mənası yoxdur”. (Fransuaza Saqan)
 
"Qadının üzərində nə qədər az geyim olarsa, onu soyundurmaq istəyənlər bir o qədər çoxdur”. (A.Davidoviç)
 
"Qadınlar haqqında həmişə nəsə yeni fikir söyləmək olar, hətta Yer kürəsində bir qadın qalsa belə...” (Stanislav Buffle)
 
"Qadın olmaq çox çətindir, çünki nəticə etibarı ilə kişilərlə hesablaşmalı olursan”.  (Cozef Konrad)
 
"Əgər qadın olmasaydı, Yer üzündəki bütün pulların heç bir əhəmiyyəti qalmazdı. (Aristotel Onassis)
 
"Hər şey insanın əlindədir, insan isə qadının”.
 
"Bütün kişi mülahizələri heç bir qadın hissindən üstün ola bilməz ". (Volter)
 
 "Gözəllik də bir nöqsandır, gözəl qadın çatışmazlıqdan məhrum olur". (Fridrix Şiller)
 
"Qadın bütünlüklə ürəkdən ibarətdir, hətta başı da" (Jan Pol Rixter)
 
"Qadınlar zəiflik silahına büründükləri zaman heç vaxt olmadığı qədər güclü olur”. (İvan Bunin)
 
"Qadınlar başa düşülmək üçün deyil, sevilməkdən ötrü yaradılıb”. (Oskar Uayld)
 
"Qadınlar, ümumiyyətlə, heç nədən qorxmur, hər şeydən qorxan qadınları çıxmaq şərtilə”.  (Jül Vern)
 
 "Qadınların xaraktersiz olduğunu deyə bilmərəm, məsələ ondadır ki, onların xarakteri hər gün dəyişir. (Henrix Heyne)
 
"Yalnız qadın zamanı müvəqqəti olaraq dayandırmağa qadirdir". (Yuzef Bulatoviç)
 
"Qadınları bütün qüsurları ilə qəbul etmək lazımdır". (Arkadi Davidoviç)
 
"Qadınlar tarixi yaradır, halbuki tarix yalnız kişilərin adını yadda saxlayır". (Henrix Heyne)
 
"Xeyirxah qadın əllərinin kişinin boynuna dolanması... Bu, taleyin kişiyə göylərdən göndərilmiş xilasedici dairəsidir". (Cerom Devid Selincer)
 
"Gözəl  görünmək üçün qadına qara köynək, qara ətək və yanında qoluna girdiyi kişi olmalıdır”. (İv Sen-Loran)
 
"Qadın müqəddəsdir, sevdiyin qadın ikiqat müqəddəsdir". (Aleksandr Düma)
 
"Qadını idarə etməyin iki üsulu var, lakin onları heç kim bilmir”. (Habbard Frank)
 
"Kişilərin yaddaşında həmişəlik həkk olmaq üçün bəzi qadınlara yoldan bir dəfə keçmək də kifayətdir. (Redyard Kiplinq)
 
"Bir qayda olaraq, hər bir axmağın arxasında böyük qadın durur". (Con Lennon)
 
"Aşiq olmuş qadın görməyən kişi onun haqqında heç nə deməyə bilməz”. (Teofil Qotye)
 
"Qadın xoşbəxtliyə dəvətnamədir!” (Şarl Badler)
 
"Əgər qadın təslim olmursa, qalib gəlir. Yox, əgər təslim olursa, bu halda qalibə öz qaydalarını diktə etməyə başlayır”.  (Karel Çapek)
 
"Qadında bütün sevinc və bütün qayğıların mənbəyi olan qəribə, böyük sirr, böyük həyat tapmacası gizlənib”. (Arne Qarborq)
 
"Kişini cənnətdən yalnız qadın çıxara bilər, onu ora da məhz qadın qaytara bilər”. (Elbert Habbard)
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri