Məşhur dizaynerdən dəyərli məsləhətlər

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1 444
Səs ver:
(səs: 1)
Yeni mövsümünün gəlişi ilə əlaqədar məşhur dizayner Maykl Kors Rusiya mətbuatına müsahibə verib  dünya şöhrətli dizyaner qadınlara məsləhətlər verib. O, həm də nədən ilham aldığı barədə danışıb.
 
Dünya şöhrətli dizayner jurnalistin "Hər bir qadının qarderobunda neçə çanta olmalıdır?” sualına belə cavab verib: "Bu, sizin həyat tərzinizdən çox asılıdır, amma düşünürəm ki, ən az bir neçəsi zəruridir. Gündəlik istifadə üçün böyük, həcmli və düzbucaqlı formalı çantalar olmadan keçinmək olmaz. Belə çantalar həm gündəlik, həm də ofis stili üçün çox əlverişlidir. Həmçinin universal poçtalyon-çanta, uzun kəmərli torba-çanta, axşam təbdirləri üçünsə sadə klatç lazımdır”.
 
Maykl Kors onu nələrin ilhamlandırdığı barədə də danışıb.  Dizayner həqiqətən çox incə və yaxşı geyinən, pərəstişkalarını hər dəfə öz çıxışları ilə heyrətləndirən məşhurların adlarını çəkib: "İdman tərzində geyinən, qlamur və seksual, lakin bir qədər etinasız görünən xanımları bəyənirəm.  Ümumiyyətlə, xırdalıqlarına qədər düşünülməmiş, rahatlığın ön planda olduğu dəstlər daha çox xoşuma gəlir.  
 
Məni  ilk növbədə uşaqların tərbiyəsi ilə məşğul olan, karyera quran, eyni zamanda, səyahət edən və həyatdan zövq alan güclü qadınlar ilhamlandırır. Bleyk Layvli, Ancelina Coli, Keyt Hadson və Cennifer Lopes kimi ulduzları misal göstərə bilərəm”.
 
Dizayner "Dəb imperatriçəsi Diana Vriland” kitabının ona çox çox təsir etdiyini deyib. Onun sözlərinə görə, modapərəstlər bu kitabı mütləq oxumalıdır.
 
Maykl Kors demək olar ki, dünyanın hər bir ölkəsində tanınan istedadlı dizaynerdir. O, Amerikada yaşayır və işləyir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri