Əmizdirən ananın alt paltar seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 166
Səs ver:
(səs: 2)
Büsthalterlər- hər bir qadının qarderobunda önəmli yer alan və müxtəlif hissələrdən ibarət olan mürəkkəb alt paltar növüdür. Təəssüflər olsun ki, statistikaya görə qadınların 75-85%-i səhv ölçülü büsthalter geyinirlər.
Hamiləlik və əmizdirmə dövründə alt paltarı ölçülərinin dəyişməsi qadından qadına fərqlənir, lakin bir qayda olaraq, qadınların böyük əksəriyyəti hamiləlikdə çəki almaqla yanaşı bədəndə baş verən hormonal dəyişikliklər nəticəsində döşlərinin ölçüsü  böyüyür. Qeyd edək ki, ananın döş formalarını dəyişikliklərə uğradan əmizdirmə yox, hamiləlikdə keçirdiyi hormonal dəyişikliklərdir. Doğuşdan sonra da döşdə dolğunluq nəticəsində döşlərin ölçüsü hamiləlikdən əvvəlkinə nisbətdə bəzən bir neçə ölçüyə qədər arta bilər. Mütəxəssisləri  əmizdirmə büsthalterinin seçilməsinə dair aşağıdakı faydalı məsləhətləri verir:
-İşi bilənə tapşırın. Bəzi alt geyim dükanlarında sizə tam uyğun olan büsthalterin ölçüsünü öryənməyə yardımçı olan satış məsləhətçiləri çalışırlar. Bu məsləhətçilərin təcrübə və biliyindən yararlanmaqdan çəkinməyin.
-Tələsməyin.  Hamiləliyin sonuncu trimestrindən öncədən büsthalterin düzgün ölçüsünü seçmək  mümkün deyil. Büsthalteri tam döşünüzə uyğun seçmək üçün doğuşdan sonra əyninizə geyinərək və rahatlığını sınayaraq əldə etməniz məsləhətdir.
-Tam sizə uyğun olanı seçin. Əmizdirən ananın büsthalterinin dar olması bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara mastit, tutulmuş döş kanalları, ifrat dolğunluq və döşdə narahatlıq aiddir.
Hansı parçadan? Sözsüz ki, təbii əsaslı parçalardan tikilmiş geyimlərə və döş bezlərinə üstünlük verməyiniz daha məqsədəuyğundur. Ən çox tərkibində 85%-dən çox pambıq olan büsthalterə üstünlük verilir. Cünki, pambıq dəriyə "nəfəs almağa” imkan verən rahat materialdır.
Əmizdirən ananın büsthalterinin rahat, təbii materialdan olmasıyla yanaşı, dar və sıx olmamağı vacibdir. Mütləq deyil ki, əmizdirən ana yalnız əmizdirmə üçün nəzərdə tutulan büsthalter geyinsin. Bəzi iri döşlü xanımlara süngərsiz və sümüksüz olan büsthalterlər uyğundur. Qeyd edək ki, döşü istənilən düzgün seçilmiş, rahat büsthalterdən asanlıqla çıxarıb körpəni  əmizdirmək olur.



Müasir anaların əmizdirmə prosesini asanlaşdıran ləvazimatlardan olan döş bezlərinin həm birdəfəlik, həm də, yuyularaq təkrarən istifadə edilən bilən növləri mövcuddur. Bu bezlər ilk 6 ayda əmizdirən anaları ana südünün sızmasından qoruyur. Ananın süd axınının miqdarından asılı olaraq döş bezlərini sutkada 2-4 dəfə dəyişmək lazımdır ki, süd yarası kimi problemlər meydana gəlməsin. Lakin anaya  sızmanın qarşısını almaqda bezsiz keçinməyə imkan verən bir üsul mövcuddur:
Süd gələn zaman və sızma təhlükəsi hiss etdikdə əlinizin ovcunu gilələrinizin üstünə qoyaraq döşlərinizi içəri yəni döş qəfəsinizə doğru möhkəm basın. Südün sızması dərhal dayanacaqdır. Əks təqdirdə bu texnikanı bir neçə dəfə təkrar edin.
 
Müəllif: Səltənət Zülfüqarova
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri