Stil kodu: Şalvar üstü paltar

Şərhlər: 7
Baxılıb: 5 381
Səs ver:
(səs: 1)
Həm paltarı sevirsiniz, həm də şalvarı. Bəs niyə bu iki parçanı birləşdirməyəsəniz? Əslində, bu, yeni bir tərz deyil. Keçən mövsüm  dəb aləmində sanki bir "partlayış” etdi. Düzdür, belə geyinənlərə bir az qəribə baxırdılar, bu tərzi qəbul etməkdə çətinlik çəkənlər olurdu. Amma bütün bunlar qaldı keçən mövsümdə. Bu il şalvar üstü paltar, ətək kombinlərini daha çox qəbullanmaq zamanıdır. Çünki artıq bütün qınaqlar "qırılır”. Buna görə də, siz də rahat-rahat şalvarlarınızla paltarlarınızı, ətəklərinizi dəstləşdirə bilərsiniz. Belə "look” yaradıb, yeni mövsümün dəbli xanımlarından olmaq istəyirsinizsə sizin üçün bəzi ipucları veririk.

Paltarların parçalarına diqqət

Bu trendi tətbiq etmək üçün başlıca qayda bir az uzun boylu və incə olmaqdır. Şalvarın üzərindən geyinəcəyiniz paltarların parçalarının materialına fikir verin. Diqqət edin ki, parçalar sizi daha kilolu göstərməsin. Bunun üçün parçaların materialı ipək, şifon, satən kimi parçalardan olsa yaxşı olar.

Şalvarların cibləri qalın olmasın

Deyək ki, paltarı və materialı seçdiniz, qaldı şalvarı seçmək. Geydiyiniz şalvarın ciblərininin şiş, qalın görünməməsinə diqqət edin. Əgər ciblər şişkin olsa ombalarınız daha çox diqqət cəlb edəcək və vulqar görüntü yaradacaq. Çox risk almaq istəmirsinizsə çalışın qısa paltar və ətəklərə üstünlük verin. Çünki boy ölçüləri qısaldıqca ətək və paltarlar görüntüyə tunik havası qatır.

Hündürdabanları unutmayın

Əgər yazın və yayın isti günlərində uçuş-uçuş paltarların altına geyinilən dar ayaqlı şalvarlar ən gözəl ikilidir desək, yanılmarıq. Və unutmayın ki, bu "look”la hündürdabanlı ayaqqabı geyinmək lazımdır.

Rənglərlə oynayın

Belə bir tərzdə geyinmisiniz və görünüşünüzdən əmin deyilsiniz? Bu zaman rənglərlə oynayın. Əsasən, neytral rənglərə üstünlük verin. Ağ, qara və "camel” çalarların uyğunluğu belə tərzdə çox sadə görünür. 

Extra ölçüləri sınaqdan keçirməkdən qorxmayın

Teorik olaraq boyfriend pencəyin altından ipək paltar və enli şalvar düzgün deyil. Amma lüks bir toxunuş və zərif rəng bu görüntünü gözoxşayan edəcək. Belə bir "look”un "dost”u isə təbii ki, düz bir sandal ola bilər. 

Monoxrom parçaları "qovuşdurun”

Bu il dama-dama geyimlər dəbdə olduğu üçün siz də, monoxrom parçalarınızı dama-dama geyimlərdən yana seçə bilərsiniz. Dama-dama şalvar və çiyinləri açıq dama-dama paltar əla görünütü yaradacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri