Eşq - həyatımızın şirin dadıdır. Müştərək həyatımızda bacardığımız qədər
qarşı tərəfin ehtiyaclarını və istəklərini ödəməyə çalışaq ki,
həyatımız olduğundan daha da şirin olsun.
Hər hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri
var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər axşam
işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə mühitini də
hiss etmək istəyər.
Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə
etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir şirin
söz desin.
Bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün
qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri daha
çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə yetirməkdə
yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən evin ehtiyaclarını
təmin etmədiyinə görə, qadınlar da çalışmağa məcbur olurlar. Belə olan
zaman həm bayırda və həm də evdə ağır vəzifə altına girmək onları
sarsıdır. Bu müasir iş qadınları istəyir ki, ərləri onlara ev işlərində
yardım etsin və yükünün bir hissəsini çiyninə götürsün. Ər gərək həyat
yoldaşının qəm yoldaşı olsun və onun stressini azaltsın. Qadınlar
istəyir ki, kişilər müasir həyata uyğun rəftar etsinlər. Kişilər isə
istəyir ki, həyat yoldaşları anası kimi - 30 il əvvəlki qadınlar kimi
rəftar etsin.
Stress o zaman artır ki, həqiqi olmayan gözləntilər ilə həyat
gözləntiləri bir-birinə qarışar. Ən çox gərginlik yaradan tərəf isə
qadınlardır. Bu günün qadınları analarından da ağır məsuliyyət altında
qərar tuturlar. Çünki ev işləri ilı yanaşı, həm də iqtisadi təzyiqə də
dözməlidirlər. Bundan başqa, genləri ona deyir ki, sən qadınsan və ev
işlərini sən yerinə yetirməlisən.
Kişilərin bir çoxu gözəl və səliqəli evi sevir, ancaq ev əgər səliqəsiz
olarsa, onlar üçün çox da mühüm deyildir. Mühüm olan şey - istirahət
etməkdir. Ona görə də ən çox diqqətini cəlb edən şey - televizor və
əyləşə biləcəyi divandır. Uzun bir iş günündən sonra kişi dərin bir
nəfəs alar və evinə getməyi qərara aldığı andan, istirahət etməyə
başlayar.
Lakin qadınlar bu cür deyildirlər. Qadın evinə qayıdan zaman ev
işlərini xatırlayır və stressi artır. O, çirkli qabları və paltarları
düşünür. Ona görə də evə gələn heç bir qadın istirahət deyə bir kəlmə
ilə yaxın olmaz, əksinə, istirahət deyə bir şey olmaz. Qadın düşünür ki,
əri saat 5-dən evə gəlibdir, bəs niyə ona yardım etmir? Bu zaman
gərginliklər başlayır.
Kişi dərk etməlidir ki, əgər xanımı evdən bayırda işlə məşğuldursa,
onun vəzifəsi ağırdır və bu ağır yükü azalda bilər. Ona yardım edə
bilər. Əgər əri ona yardım edərsə, bu zaman psixoloji gərginliyi azalar.
Lakin qadın nəzərə almalıdır ki, əri bir kişidir və onun da öz
ehtiyacları vardır, ona ev işlərində yardım edə bilən qadın kimi baxmaq
olmaz.
Ailədə əgər qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar. Hər
iki tərəf razı olan zaman ailə mühiti bağçaya çevrilər ki, hər
tərəfindən gül ətri gələr.