Doğum sonrası kilolardan necə xilas olaq?

Müəllif: Fi-Ra
Şərhlər: 3
Baxılıb: 2071
Səs ver:
(səs: 2)
Doğum sonrası kilolar, bütün yeni anaların və ya ana namizədlərinin qorxulu yuxusudur.
 
Doğum sonrası kilolardan xilas olma yolları
Bəs bunlardan xilas olmaq üçün nə etməli olduğunuzu bilirsinizmi?
 
Əmizdirin.
Artıq bütün həkimlərin tövsiyə etdiyi süd, hamiləlik sonra kilo verməyinizə də yardımçı olur. Əmizdirmə zamanı bazal metabolizm sürəti normal vaxtdan daha çoxdur. Bu da kilo verməyə köməkçi olar.
 
Məşq edin.
Pəhriz doğuşdan sonra dövrdə nə qədər əhəmiyyətlidirsə, məşqlər də bir o qədər əhəmiyyətlidir. Michigan State Universitetindən doktor Ceyms M.Pivarnick, bu dövrdə məşq zalına gedəcək vaxtınız olmasa da, uşağınızı arabasına qoyub həftədə ən az 150 dəqiqə yürüş etməyinizi təklif edir. Doğuşdan sonra edəcəyiniz məşqlər əsəblərinizi güclü tutmağınıza köməkçi olacağı kimi, eyni zamanda depressiyaya, yuxuya, stressi məğlub etməyinizə yardımçı olur.
 
Ev işi görün.
Uşağınız yatır və evdəsiniz, kiçik bir istirahət arası verdikdən sonra ev işlərinə vaxt ayırın. İngilis mübadilə jurnalı Saga-nın apardığı tədqiqatda qadınların bel bölgəsində genişlənmə olduğu ortaya çıxdı. Araşdırmaya görə, bunun səbəbi qadının artıq əvvəlki kimi ev işi görməməsi; Paltarı, çirkabı texnologiyaya buraxmasıdır.
 
30 dəqiqəlik ev işinə qarşılıq yandırılan kalori nisbətləri təxminən belədir:
Toz almaq, yüksək rəfləri təmizləmək - 50 kalori
Ütü görmək, yataq hazırlamaq - 70 kalori
Yemək hazırlamaq - 80 kalori
Yerləri süpürmək və silmək - 90 kalori
Qab-qacaq yumaq otağı yığmaq - 100 kalori
Şüşələri silmək, maşın yumaq - 150 kalori
Hamam sürt, torba daşımaq - 200 kalori
Pilləkən çıxmaq, boya qoymaq - 250 kalori
 
Düzgün qidalanın.
Pəhriz mütəxəssislər tərəfindən zahılıq dövründə çox təklif edilməz. Bunun səbəbi yeni ananın körpəsinə süd verməsi lazım olduğundandır.
 
Hamiləlikdən sonra otoimmun qalxanabənzər xəstəliklərinin ortaya çıxmasında bir artım olur. Əgər doğum sonrası depressiya var isə və kilo artımı yaşayırsınızsa bir iç xəstəlikləri mütəxəssisinə müayinə olmağınız təklif olunur.
 
Cəmiyyətdə şirin yeməklərin və içkilərin ana südünü artırdığı ilə bağlı səhv bir inanc var. Bu növ yeməklər südü artırmaz. O səbəblə zahı şərbətləri, hazır meyvə suları, şəkər əlavə edilmiş kompotlar, halvalar, şirniyyatlar və şokoladlardan uzaq durun. Südü artıran ən əhəmiyyətli maddə sudur. Nə qədər çox su içsəniz, o qədər çox südünüz olar. Xüsusən hər yeməkdə 2 stəkan su üçün. Yediyiniz hər meyvədən sonra su üçün. Orta hesabla 10-12 stəkan su içməyə diqqət göstərin.
 
Su nisbəti yüksək olan tərəvəzlər və meyvələr çox süd edər. Hər yeməyiniz yanında bol yaşıl salat yeyin. O səbəblə salatı baş tacı edin. Ancaq içinə yağ, mayonez, salat sousu qoymayın. Nar turşusu, limon, sirkə və 1 desert qaşığını keçməyəcək şəkildə yağ əlavə edərdiniz.
 
Su nisbəti yüksək olan ispanaq, brokkoli, yaşıl lobya kimi tərəvəz xörəklərinə süfrənizdə daha çox yer açın. Bu tərəvəzləri bişirəndə qiyməli və ya yumurtalı kimi hazırlamaq qida keyfiyyətini yüksəldir. Amma əgər qiymə yemək sevmirsinizsə yanında ayrıca kotlet kimi hazırlaya bilərsiniz.
 
Təzə sıxılmış meyvə suyu, ayran, mineral su və şəkərsiz bitki çaylarını içəcək olaraq seçim etməkdə fayda var.
 
Yağlı yeməklərə qarşı diqqətli olun. Qızartmalar, konditer məhsulları, peçenyelər, çips, çərəzlər, kremli yeməklər kalori nisbətləri yüksək qidalardır. Kiçik miqdarda yeyiləndə də çox kilo edə bilər.
 
Süd verən ananın gecə qalxmaları harada isə bir adidir. Əmizdirmək həmçinin enerji ehtiyacını artırır. Ancaq gecə qalxdıqda qarnınız zəng çalsa belə, ağzınıza bir tikə qoymayın. Çünki gecə insan bədəni qidanı saxlamağa daha meyllidir. Gecə yediyiniz bir parça gündüz yediyiniz 10 tikəyə bədəldir. Çox yemək istəsəniz yalnız 1 stəkan su için və səhər gözəl bir nahar edəcəyinizi xəyal edin.
 
Əmizdirmə dövrü kilo vermək üçün tapılmaz bir fürsətdir əslində. Çünki insan bədəni süd etmək üçün bir enerji sərf edir. Xərclənən bu enerji xüsusilə ilk 2 ayda çoxdur. Harada isə gündə 2 saatlıq idman etməyə bədəldir. O səbəblə doğru yemək seçim etməyi bilsəniz, bir az da hərəkətinizi yüksəltsəniz həftədə 1- 1,5 kilo itirə bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri