Qadınların tarix boyu kəşf etdiyi 15 vacib əşya.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 834
Səs ver:
(səs: 1)


alt
1. Qabyuyan maşın.

Farfor boşqablarından bir neçəsinin çatışmadığını görən Jozefina Kokreyn qab yumaq üçün maşın kəşf etdi.Mexaniki olaraq maşın insanın əvəzinə bütün işləri görür və həm də heç bir qabı sındırmırdı.

Əslində maşını Jozefina 1886-cı ildə kəşf eləsə də bu kəşf yalnız 40 ildən sonra təsərrüfatda vacib mexanizm hesab olundu və işlədilməyə başladı.

  

 

alt 

2. Qəhvə üçün filtr.
Bir porsiya qəhvə hazırlamaq üçün uzun proseduralardan can qurtaranlar Merlitte Bense minnətdar olmalıdırlar.İlk konus filtri Merlita 1909-cu ildə şagird dəftərinin bir vərəqindən hazırlamışdı.

 

 

alt

3.Çəhrayı şampan şərabı

Nikol Barbye Kliko 1808-ci ildə bir texnologiya işləyib hazırladı ki bunun nəticəsində şampan şərabı 3 ay müddətində bütün çökmələrdən təmizlənir və kristal şəffaf olurdu.İçkinin keyfiyyəti dəfələrlə yaxşılaşmışdı.

  

  

alt

4.Byustqalter.

Qadın qarderobunun bu vacib detalı 1889-cu ildə Fransda Ermin Kadoll tərəfindən patentləşdirilib.Özünün korset atelyesində o «le Bien-Etre»  adlanan ilk məhsulu hazırlamişdi.

 

 

alt

5. Astrolyabiya.  

Səma cisimlərinin koordinatlarını hesablamaq üçün ilk cihazı qadın alim, filosof, astronom və riyaziyyatçı Gipatiya Aleksandriyskaya kəşf edib–eramızdan əvvəl 370-ci ildə.

  

 

alt

 

6. Uşaq əskiləri,pamperslər

1917-ci ildə evdar qadın Marion Donovan bir neçə cəhddən sonra uşaq əskiləri üçün sukeçirməyən örtük hazırlaya bildi.Satışda olan rezin polzunkalardan fərqli olaraq bu material dəriyə pis təsir etmirdi və uşağın dərisini sıxmırdı.

  

 

alt

 

7.Şüşətəmizləyən.

Avtomobillər üçün ilk şüşətəmizləyəni Meri Anderson 1903-xü ildə kəşf edib.Küləkli və qarlı bir havada maşını tez-tez saxlayıb şüşənin qarını təmizləyən sürücüyə yaziği gələn Meri bütün insanlığa böyük hədiyyə etmiş oldu.

  

 

alt 

8. Zirehli jilet.

1965-ci ildə həkim Stefani Kvolek poladdan 5 dəfə güclü olan sintetik material kəşf etdi-kevlar.Onun kəşfi minlərlə həyatı xilas etmiş oldu-polislər,yanğınsöndürənlər,hərbiçilər Stefanin sayəsində təhlükələrdən xilas oldular.Kevlar gülləkecirməz jiletlərin hazırlanmasında istifadə edildi

 

 

alt 

9. Sualtı qayıqlar üçün periskop

1845-ci ildə Sara Çeterin patentləşdirdiyi bu cihazın köməyi ilə müşahidə edilən obyektlərin məsafəsini təyin etmək mümkün oldu.

 

alt 

 10.Şokoladlı peçenye.

Rut Ueykfild 1930-cu ildə klassik reseptlərin hazırlanması zamanı eksperiment etmək qərarına gəldi:o plitka şokoladı əridib xəmirə əlavə etdi.Nəticədə çox dadlı peçenyelər alındı.Rut əri ilə məsləhətləşib sonra onu geniş istehsalata tətbiq etdi.

 

 

alt

 

11.Qartəmizləyən maşın.

1892 –ci ildə küçələri qardan təmizləmək üçün maşınların ilk prototipi yaradıldı.Katibə Sintiya Vestover tərəfindən kəşf edilən bu maşın bir çoxlarını ağır zəhmətdən qurtardı.

 

 

alt

 12.Sirkuyar (dairəvi) mişar

Tabitta Bebitt uzun zamanlar mişarla işləyən kişiləri müşahidə etdi.Əslində bu çətin iş idi-mişarı iki əllə gah irəli gah geri çəkmək lazım gəlirdi.Hər iki kişiyə eyni  ağırlıq düşsə də kötük yalnız mişar irəli getdiyi zaman kəsilirdi,geriyə hərəkət zamanı kötüklə heç nə baş vermirdi.Benitt düşündü ki bu boşuna zaman sərf etməkdir və 1810-cu ildə o dairəvi mişarı icad etdi.Sonradan bu meşə təsərrüfatının əhəmiyyətli bir alətinə çevrildi.

 

 

alt

 

13. Wi-Fi.

Xedi Lamarr çex rejissoru Qustav Maxatonun filminə çəkildikdən sonra çox səs küylü bir şöhrət qazandı .İlk dəf idi ki filmdə açıq saçıq intimual səhnələr çəkilmişdi.Hətta buna görə Adolf Hitler onu Üçüncü reyxin düşməni adlandırdı,Roma papası isə xeyirxah katolikləri filmə baxmamağa çağırdı.Amma bu Xedinin  yeganə məşğuliyyəti deyildi.1941-ci ildə o gizli rabitə vasitəsini patentləşdirdi.Bu rabitədən istifadə zamanı düşmən tərəf rabitə tezliyini tuta bilmirdi.1962-ci ildə həmin rabitə vasitəsi amerika torpedolarında istifadə edilməyə başladı.Hal hazırda isə vasitə mobil telefonlarda və Wi-Fi istifadə olunur.

 

 

alt

 

14.Avtomobil üçün səsboğan (qlushitel)

Bu akustik filtri El Dolores Jons 1917-ci ildə kəşf edib.Bundan sonra ətraf dünyamız kifayət qədər sakit olub.

 

 

alt

15. Ət konservləri

1873-cü ildə Venada keçirilən ümumdünya sərgisində rusiyalı Nadejda Kojina da iştirak edirdi.O ət konservlərini hazırlamaq metodunu nümayiş etdirdi və buna görə sərginin medalını qazandı.

 

 

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri