Sizdə həyat yoldaşınızla məsləhətləşənlərdənsinizmi?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1239
Paylaş:
Səs ver:
(səs: 1)

http://www.kiraliksevgili.com/arama.jpg

Heç həyat yoldaşınızla məs-ləhətləşirsinizmi? Yoxsa, " mən özüm də qərar qəbul edə bilərəm” və ya "Onun bu işlərdən başı çıxmaz”, - deyə düşünürsüz?

Əslində bu məsələ həm kişilərə, həm qadınlara aiddir. Buna görə də, ailədə hər iki tərəf bütün məsələlərdə bir-biri ilə məs-ləhətləşməli, xüsusiylə də, uşaq və ailə ilə bağlı məsələlərdə məsləhətləşmədən qərar qəbul etməməlidir. Bu məsələdə münasibətlər nə qədər güclü olsa, ailədə münasibətlər də o qədər güclü olar. Bu məsələdə hər hansı bir zəiflik isə ailənin get-gedə zəifləməsinə gətirib çıxardır. Tərəflərin bir – biri ilə məsləhətləşmələri onların daha da düzgün qərar qəbul etmələri üçün də çox vacibdir. Həyat yoldaşınızla məsləhətləşmək eyni zamanda ona verdiyiniz qiyməti göstərir. Bu cür qiyməti hiss edən tərəf, təbii olaraq, qarşı tərəfdə də eyni cür cavab verir. Elə isə hansı məsələləri məs-ləhətləşmək olar? əslində bütün məsələlər barədə məs-ləhətləşmək olar. Yəni, burada ”bu xırda məsələdir, müzakirə etməyə dəyməz”, "O əhəmiyyətsiz bir şeydir, məsləhətsiz də keçinmək olar” kimi münasibətlər olmamalıdır . Belə ki, işdə taxacağınız qalustukdan dostunuza alacaq hədiyyəyə qədər, qarşılaşdığınız problemlərdən qonaqlarınıza bişirəcəyiniz yeməklərə qədər bütün məsləhətləri həyat yoldaşınızla məsləhətləşə bilərsiniz. Xüsusiylə də, əgər bu, ev, uşaq və ailə ilə bağlı məsələdirsə, qətiyyən tək başına qərar qəbul etməməlisiniz. Bu, ailənizin gələcəyi üçün də çox vacibdir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1239
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv