ABŞ-da Kaliforniya Universitesinin psixoloqu Adrian Aguilera 140 hərfdən ibarət qısa mesajların ağır depressiya halında olanlar üçün rahatlaşdırıcı təsiri olduğunu açıqlayıb.Maddi imkanı zəif olan bir çox xəstəni müalicə edən Aguilera, qısa mesajın xəstələrin daima sevdikləri və onları sevənlərlə əlaqə saxladıqlarını düşünərək özlərini yaxşı hiss etmələrinə yol açdığını bildirib. Öz xəstələriylə də mesajlaşan Aguilera beləcə ən ağır depressiya və ağıl xəstəliklərindən əziyyət çəkən kəslərin belə özlərini xoşbəxt hiss etdiklərini ifadə edib.
Muellif: Azizova