Hər doğulan qız uşağının şərəfinə 111 ağac əkilən kənd

Şərhlər: 5
Baxılıb: 2 178
Səs ver:
(səs: 1)
Bir çox inkişaf etməmiş cəmiyyətlərdə qız uşağının doğulmasına münasibət birmənalı deyil. 21-ci əsrin əvvəllərində olsaq da, bu kədərli həqiqətlə hələ də üz-üzəyik. Hindistan da bu cür reallığı olan ölkələrdən biridir. Bu ölkədə də qadınların böyük hissəsi zorakılığa məruz qalır. Bu kimi ölkələrdə qadınların haqlarıyla bağlı məsələlərə daha çox diqqətin çəkilməsinə ehtiyac var.

Bu mövzuda maraqlı addımı Hindistanın Rajasthan əyalətinin Piplantri kəndində atıblar. Eko-feminizmin həyata keçirdiyi bu çox maraqlı fəaliyyət çərçivəsində, kənddə doğulan hər qız uşağı üçün 111 ağac əkilir. Eyni zamanda da  vəfat edən qız uşaqlarının xatirəsinə də 11 ağac əkilir. Bu addım həm doğulan uşaqların hüquqlarına, həm də ətraf mühitə böyük xeyir verir. Belə ki, Piplantri kəndində yaşayan qadınlara göstərilən münasibətdə də böyük müsbət dəyişikliklər müşahidə edilməkdədir.
Gehri Lal Balai adlı 28 yaşlı bir ata deyir ki, "Əkdiyim ağaclara qulluq edərkən  hiss etdiklərim qızımı yatırtmağa çalışdığım zaman hiss etdiyim sakitlik qədər xoşbəxt edən bir hissdir.”

Uzun illərdir ki, Hindistanın bir çox kəndində qız uşağının dünyaya gəlməsi ailə üçün çox böyük yük hesab edilir. Qızlara cehiziylə bağlı maddi çətinliklər çəkən ailələr problem yaşayırdılar. Buna görə də, qızların oğlanlarla müqayisədə daha az istənilməsi, təhsildən uzaq tutulması və 18 yaşdan əvvəl ailə qurmağa məcbur edilməsi məqbul hesab edilirdi.
Bu addımların atılmasından sonra qadına qarşı zorakılıq məsələləri Hindistanda ön plana çıxarılmış mövzu olaraq qalır. Piplantri kəndi bu məsələlərdən yavaş-yavaş uzaqlaşmağa başlayır. Kəndin keçmiş rəhbəri Shyam Sundar Palival bu ağacların əkilməsinə uşaq ikən ölən qızı Kiranın şərəfinə başladığını qeyd edir.
İndi bu kənddə yaşayan valideynlər qızlarını 18 yaşından əvvəl evləndirməyəcəklərini rəsmiləşdirlən sənədlərə də imza atırlar. Uşaqların təhsil almasının əhəmiyyətini də anlamağa başlayan valideynlər, qızlarını təhsil almağa göndərirlər. Bu sənədlə onlar həm də ağaclara qulluq edəcəklərini də rəsmi olaraq təsdiqləmiş olurlar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri