Anasına oxşayan oğlanların 10 üstün cəhəti

Şərhlər: 3
Baxılıb: 2 818
Səs ver:
(səs: 1)
"Yaxşı oğul dayısına oxşayar”, "Atasının oğlu” və sair kimi xalq arasında məşhur ifadələrin əksinə olaraq, biz anasına oxşayan oğlanların üstün xüsusiyyətlərə sahib olduqlarını gözardı edilməsinə razı olmuruq. Atasına oxşayan qızların üstünlüklərini sadaladıqdan sonra bu dəfə növbə analar və oğullara çatdı. Onlar sanki hər iki tərəfin balansıdırlar, yeri gəldikdə müxtəlif məsələlərin həllinə fərqli münasibət də göstərə bilirlər. Atasına oxşayan oğlanların xətrinə dəyməyəcəyimizə ümid edərək, bu gün məhz anasına oxşayan oğlanların üstün cəhətlərini sadalayacağıq. Əlavələrinizi şərhlər bölməsində bizimlə bölüşməyi unutmayın!
Beləliklə, anasına oxşayan oğlanların üstün cəhətləri:
Həssas olurlar, hər hansı bir hadisəyə münasibət göstərdikdə, təkcə doğru və yalanları deyil, həm də insanların hisslərini nəzərə ala bilirlər.

Mətbəx adı çəkiləndə onlar heç də qorxuya düşmür. Vaxtaşırı qollarını çırmalayıb, əla yeməklər bişirməyi də bacarırlar.

Ailəcanlı olurlar. Onlar üçün ailə hər şeydən önəmlidir.

Uşaqlar onları çox sevir. Əslində bu sevgi də qarşılıqlıdır. Anasına oxşayan oğlanlar da uşaqlara qarşı xüsusi sevgi hiss edirlər.

Dinləmək bacarıqları yüksək dərəcədə inkişaf edib. Onlara ehtiyacınız olduğu zaman saatlarla bir söz demədən sizə qulaq asa bilərlər.

Kömək etmək üçün əllərindən gələni edirlər. Məhz buna görə də adətən qonşular və qohumların sevimlisi olurlar.

Öyrənməyə həvəsli olurlar. Yeni bacarıqlar qazanmaq üçün daima yeni fəaliyyətlər axtarırlar.

Adətən el arasında belə bir düşüncə var ki, anasına bənzəyən oğlanlar yaraşıqlı olurlar. Çox vaxt onlar üçün "üzündən nur yağır” kimi ifadələr də işlədilir.

Əla dostdurlar.

İnsanlara qarşı olduqca sədaqətli olurlar. Öyrəşdikləri insanı həyatlarından çıxarmaq onlar üçün çox böyük əzabdır
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri