Öpüşmək insanlara həzz verməklə yanaşı, həm də onların orqanizmi üçün faydalıdır. ktiv öpüşmə əsnasında üzün 34 əzələsi hərəkət edir. Bundan başqa, damaq, dil və kəllənin hərəkətli alt hissəsi də “gimnastika” etmiş olur. Bu “gimnastika”dan sonra əzələlərin hərəkəti nəticəsində dəriniz gərginləşir və parlaq qalır.
Öpüşərkən qan dövranı da sürətlənir və nəbz artır. İfraz olunan adrenalin və endorfin hormonu sayəsində insan özünü xoşbəxt hiss edir. Aparılan araşdırmaların nəticələrinə görə, davamlı olaraq, öpüşənlər beş il daha artıq yaşayırlar. Çünki öpüşmə zamanı kimyəvi reaksiyalar immunitet sistemini gücləndirir.
Evdən çıxarkən həyat yoldaşları tərəfindən öpülən kişilər maşını daha sakit sürürlər. Bu da qəza nisbətini aşağı salır. Hər halda eyni şey qadınlar üçün də etibarlıdır.
Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan 7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib. Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı və əldə edilən nəticə gözlədiklərindən çox olub.
Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər. Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3,2 min dollar pul mükafatı verilib.