İçimizdəki və çölümüzdəki qadınlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 874
Səs ver:
(səs: 1)
Bəzən bir gecəliyə içimizdəkini çölümüzdəkinə dəyişməyə can atırıq...

Sahiblənilən qadınlar daha sonra maraqsız olur sanki, əksər kişilər üçün. Əlçatmaz bir qadına sahiblənmisənsə, özünü Kiçik İsgəndər qədər hökmran biri hesab edirsən. Və qadın hər şeyi ilə sənin ixtiyarındadırsa, deməli, sən hegemonsan.

Çölümüzdəkini də içimizdəkinin vəziyyətinə salmayınca, "inadım-inad" deyirik. Biz kimə nəyi sübut etmək istəyirik, anlamıram.

Bəlkə çölümüzdəkilərə də xoşbəxtlik arzulayaq?

Axı onlar da bir parça xoşbəxt olmaq üçün gəliblər dünyaya.

Adətən, belə kişilərlə rastlaşmışam, onlar hansısa qadını ram etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Niyyətlərində sadəcə bir məqsəd var: - Qadından bir dəfə istifadə edilmiş corab, çay, qulaq çöpü, diş çöpü və. s kimi istifadə edib atsınlar.

Sabah bu qadınların sonrakı taleyi heç onlar üçün maraqlı da deyil. Bu qadınlar düşmən deyillər, bir başqasının "ikinci yarısı", yaxud da uşağının anası ola bilərlər. Axı onlar da bir parça xoşbəxt olmaq istəyirlər. Onlar da qadın, ana, lap yeri gələndə uşaq olmaq istəyirlər...

Qadınlara seks makinası kimi yanaşmayın! Uşaq istehsal edən apparat kimi də görməyin onları!

Baxın, görün, onlarda daha başqa nələr kəşf edə bilərsiniz?!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri