Bu gün həyatımıza nəzər saldıqda əhatəmizdə evlənmək üçün nisbətən yaşı ötmüş qızları görürük. Lakin bunu da qeyd etmək istərdik ki, gəlin paltarı həsrətində olan, öz layiqli tayını tapa bilməyən yaraşıqlı, səmimi qızlarımız sayı bir o qədərdə çox deyil. Bir təəssüf hissi ilə deyə bilərik ki, yaşı ötmüş qızlara bəzən onların ən yaxın insanları belə qarımış deyə çağırıb onların qəlblərini qırırlar, o, insanda küskünlük, həyata inamsızlıq yaradırlar. Daha düşünmürlər ki, bu insanı təklikdən xilas edəcək yollar axtarılmalıdır, bu insana dəstək olmaq lazımdır, bu insanı çətinlikdən uzaqlaşdırmaq gərəkdir, nəyinki boş sözlərlə onu gözdən salmaq.