Hündürdaban ayaqqabılar intimual həyata təsir edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 128
Səs ver:
(səs: 1)

 

İtaliyalı həkim Mariya Çerutonun fikrincə qadınların hündürdaban ayaqqabı geyinməsi onların intimual həyatına təsirsiz ötüşmür. O bildirir ki, ayaqqabının dabanı nə qədər hündür olarsa qadının cinsi həyatı bir o qədər yaxşılaşar. Tədqiqatçının sözlərinə görə, dabanın 5 santimetr hündür olması çikik çanaq əzələlərini möhkəmləndirməklə intim həyatı yaxşılaşdırır.
Qeyd edək ki, ixtisasca uroloq olan Çeruto özü də uzun illərdir ki, hündürdaban ayaqqabı geyinir. Onun tədqiqatlarında hündürdaban ayaqqabıları sevən 50 yaşadək olan 66 qadın iştirak edib. Araşdırmalar göstərib ki, iştirakçı qadınların qamət və duruşları ilə hündürdaban ayaqqabı geyinməyən qadınların qamətləri arasında heç bir prinsipial fərq mövcud olmasa da onların cinsəl həyatlarında fərqlər vardır. Belə ki, hündür daban çanaq əzələlərini süstləşdirməklə onların gücünü artırır və yığılmasını sürətləndirir. Çanaq əzələlərinin yaxşı məşq etdiriləsi isə şəhvət hissinin artmasına və bununla da cinsi yaxınlaqdan daha çox həzz almağa təsir göstərir. Doktor Çeruto bildirir ki, qadınların əksəriyyəti çanaq əzələlərini möhkəmlətmək üçün xüsusi məşqlərdən yararlanmırlar. Hündürdaban ayaqqabı geyinməkləsə onlar əzələlərini istər-istəməz məşq etdirmiş olurlar.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri