Güclü xanımların sirri

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 274
Səs ver:
(səs: 0)
Nə qədər yaxşı və anlayışlı davranırsınızsa davranın hər kəsin sizi sevməsi təbii ki qeyri-mümkündür.Amma heç olmasa əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Qarşınızdakı adamdan xoşunuza belə gəlməsə sizə qarşı müsbət duyğular bəsləməsini təmin edə bilərsiniz. Bunu bir oyun olaraq düşünsəniz bəlkə sevmədiyiniz kəslərə yaxşı davranmaq daha asan ola bilər. Xüsusilə iş yerində duyğularınızı bir kənara buraxmanız yerində olar. İrəlidə qarşınıza çıxacaq bir iş təklifi ya da daha yüksək vəzifəyə qalxmanızın başqası tərəfindən maneə törədilməsini istəmirsinizsə, bəzi vəziyyətlərdə maska taxa bilərsiniz.Bu qayda yalnız iş həyatında etibarlı deyil.Şəxsi həyatınızda da ətrafınızdakıların, məsələn bəyəndiyiniz bir kişiyə qarşı sizin haqqınızda yaxşı danışmasını istəyərsiniz.Sevilən biri olmaq sizə güc verər.Çünki iş ya da şəxsi həyatınızda müvəffəqiyyətli olmaq üçün haqqınızda ediləcək şərhlərin müsbət olması əhəmiyyətlidir.Ətrafınızın geniş olması və istənən biri olmaq sizin daha güclü bir qadın olmanızı təmin edə bilər.

Hər kəsin eşitməsini istəmədiyiniz bir problem yaşayırsınızsa ya da bir sirriniz varsa bunu yalnız dostlarınızla paylaşın, hər kəsə izah etməməyə çalışın. Xüsusilə yoldaş seçimi edərkən, müvəffəqiyyətinizi sorğulayan ya da necə əldə etdiyinizi maraqlananları deyil, sizin xoşbəxtliyinizdən xoşbəxt olan kəslərlə yoldaşlıq etməyə çalışın.Əgər sizi ya da başqalarını qısqanan bir yoldaşınız olduğunu fikirləşirsizsə o adamla məsafəli davranın.Güclü bir şəxsiyyətə sahib ola bilməniz üçün güclü yoldaşlıqlara da sahib olmanız lazımdır. Sirlərinizi hər kəsə izah etmədiyiniz müddətcə sizi qısqanan kəslərin əlinə kart verməmiş olarsınız.Ətrafınızdakılar sirlərini izah etmək istəyərlərsə onları dinləyin ancaq qarşılığında öz sirlərinizi onlara vermək məcburiyyətində olmadığınızı bilin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri