Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 595
Səs ver:
(səs: 1)
alt

 

 

     Hər 5 qadından 1-i ərə getdikdən sonrakı 1 il ərzində təxminən 9 - 10 kiloqram kökəlir. "The Daily Mail" qəzeti yazır ki, bu, 3 min ərdə olan britaniyalı xanım arasında aparılmış araşdırma nəticəsinə üzə çıxıb. Rəyi soruşulanların 42 faizi bildirib ki, "sadəcə, sərbəstləşdikləri", 22 faizi isəərə getdikdən sonra kişilərin diqqətini cəlb etmək üçün "özlərinəəl qatmadıqları" üçün kökəldiklərini bildirib. Araşdırmaya qatılan xanımların dörddəbiri isə toy günü artıq arxada qaldığı üçün məyus olduqlarını, buna görə də çox yediklərini söyləyib.
R
əyi soruşulan hər 3 qadından 1-i bildirib ki, evliliyin ilk ilində onlar üçün sağlam qidalanma prinsiplərinəəməl etmək çətinlik yaradıb. Bir çoxları isə toya qədər beyinlərində gəlinlik paltarında gözəl görünmək arzusunun dolaşdığını və bu səbəbdən də qidalanmaya fikir verdiklərini etiraf ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, qadınların 21 faizi toydan sonra artıq çəki yığdıqları üçün ərləri ilə problem yaşayır.


Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri