Qaş tatuajı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 12 802
Səs ver:
(səs: 2)
 

Tatu makiyajlar haqqında

 

Çox əminliklə təsdiqləmək olar ki, hələ qədim zamanlardan insanlar üz cizgilərini dəyişməyə çalışıblar. Bu məqsədlə qədim Babilistan, Assuriya, Misirdə, Yunanıstan və Romada dekorativ kosmetika - boya, məlhəm, dərman bitkilərinin dəmləmələrindən istifadə edilib. O vaxtdan insanlar bədən və üzlərini tatu ilə bəzəyiblər. 
 "Tatau” sözü Polineziyalılardan götürülüb, mənası təsvir, şəkil deməkdir. Bu sözdən ilk dəfə 1773-cü ildə məşhur səyyah Ceyms Kuk istifadə edib.

 

 

Tatu makiyajın  köməyi ilə dodaqların həcmi artır və korrektə olur.Bu prosesin nəticəsində dodaqların konturu daha qabarıq görünür.Müdaxilə ilə dodaq konturu  çəkilmiş piqment arasında interval tərtib edilir. Rəngli piqment və shading texnika fərdi seçilir. Prosedurdan  sonra dodaq boyası tətbiq etmədən belə dodaqlar daha zəngin, qabarıq,cəzbedici görünür.

 


Qaşlarda olunan tatularsa up-qələm vasitəsilə vurulur.

Qaşların təbii formasını qorumaq üçün tatuaj edənlər daha zərif cizgilərdən istifadə edirlər.Alt və ya üst göz qapağınin nə formada olması burada mühüm rol oynayır.Gərək nə qədər usta,mahir vizajist olsun ki,bütün bunların vəhdətində sifətin ifadəliliyini qoruya bilsin. Bəzən rastımıza naşı usta əlindən çıxmış simalar çıxır.Bu adamlarda gərilmiş qaşlar,böyüdülmüş dodaqlar təbiiliyindən çıxıb ,əzab çəkən bir insanın ifadələrini xatırladır.

 

ONA GÖRƏ DƏ ƏZİZ XANIMLARIMIZ TATU ELƏTDİRƏRKƏN DİQQƏTLİ OLUN VƏ BU 2 ŞEYİ YADDAN ÇIXARMAYIN.

1.BUNUN SİZƏ NƏ DƏRƏCƏDƏ YARAŞIB-YARAŞMAYACAĞINI MİN DƏFƏ ÖLÇÜB-BİÇİN.

2.BU İŞDƏ SİMİCLİK ETMƏYİN.

Sonda onu da qeyd edim ki,Tatu makiyajların ömrü 1.5-5 il davam edə bilər.

       

Yeni Zelandiya sakini bədəninin bir hissəsini tatuaj üçün satır. Bu hissəni onlayn hərracda alan şəxs həmin hissədə istədiyi tatuajı etdirə bilər.   23 yaşlı Tina Bejnesin belə qərar qəbul etməsinin səbəbi üzləşdiyi maliyyə çətinlikləridir.

Yeni Zelandiyadakı populyar "TradeMe" onlayn hərracındakı qeyri-adi lortda bildirilir ki, Tina bədənində eni 9, uzunu 9 sm olan hissəni satmağa hazırdır.

O, evlənmə təklifi, reklam mətni və ya maraqlı dizaynlı tatuaja üstünlük verəcəyini bildirib. Tatuaj hazır olandan sonra Tina alınmış nəticənin fotoşəklini çəkərək müştəriyə göndərəcək. Əgər hərracın qalibi Vellinqton şəhərində yaşayırsa, tatu-seansda iştirak edə biləcək.

 

P.S. Bəs sizin tatuya münasibətiniz necədir? 

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 12 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri