Hamiləlik zamanı hansı kosmetikaları seçmək lazımdır?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 1 965
Səs ver:
(səs: 1)

Hamiləlik zamanı bir çox qadın  cazibədar görünmək istəyir. Bunun üçünsə kosmetika sizə yardım etmiş olar. Bu dəfə  ən az zərərli və daha məsləhətli kosmetikalardan danışacağıq.

Hamiləlik zamanı beş əsas qaydaya riayət etmək lazımdır:


1.     Tonal krem. 


 

 

Bacardığınız qədər daha az istifadə etməniz məsləhət görülür.Belə ki, hamiləlik zamanı dəri daha həssas olur. Kirşan və tonal kremdən imtina etməklə siz dərinizin rahat nəfəs almasını təmin etmiş olursuz. Yaxşı olar ki, nəmləndirici vasitələrdən istifadə edərək dərinizin qayğısına qalasız.Yeni kosmetik vasitələri sınaqdan keçirməkdən çəkinin. Çünki hamiləlik dövründə dəri allergik reaksiyalara daha həssas olur. Ev şəraitində hazırlanmış olan vasitələrdən uzaq durun.Çünki onlar daha çox allergik həssaslıq yarada bilər.


    2. Gözlərə diqqət


 


Göz qələmi ilə gözlərinizi vurğulaya bilərsiz.Əgər gözləriniz tuşa qarşı həddən  artıq həssasdırsa, onu şəffaf tuş ilə əvəz edə bilərsiz.


    3. Dodaq boyası 


 

 

Dodaq boyasının müntəzəm istifadəsi sağlamlığınıza ziyan vura bilər. Buna görə də dodaqlarınızı, məsələn, yeməkdən sonra boyamaq istədikdə yaxşı olar kı, nəmləndirici balzamdan istifadə edəsiz. Bu, dodaqları həm nəmləndirməyə, həm də parıltı verməyə kömək edər.


     4. Ətir


  

Ətirdən bacardıqınız qədər ehtiyatlı istifadə edin.Ola bilsin ki, hamiləlikdən öncə sizin sevimli ətriniz sizdə ürəkbulanması və baş gicəllənmə yarada bilər. Daha yüngül ətirlər seçin. Sprey əvəzinə diyircəkli ətir və ya dezodorant istifadə edə bilərsiz.


    5. Manikür


 

 

Hamiləlik zamanı manikürunuz haqda düşünməyə dəyər. Adətən bu dövrdə dırnaqlarda kasium çatmır və dırnaqlar sağlam görünməyə bilər.Kalsium tərkibli dırnaq boyasından istifadə edə bilərsiz.Dırnaqların sınmasından və laylanmasından qurtulmaq üçün dəniz duzu ilə əllərinizi vanna etmək lazımdır.

 

Hər bir hamilə qadına bu dövrdə gözəl və baxımlı olmağı arzulayıram!


Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri