Qadın qadın olmaq üçün darıxar

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 355
Səs ver:
(səs: 1)
Güclü qadın, əzik qadın, ana qadın, xidmətçi qadın, kişi kimi qadın, seksual qadın, axmaq qadın, ağıllı qadın, çirkin qadın, gözəl qadın, tək qadın… Amma da adı var qadının. Və həyatın gətirdikləriylə, bu adlardan biri yaraşdırılan müxtəlif qadın… Feminist deyiləm və olmaq da istəmədim. Nə olanları, nə də sonradan olma feministləri də heç sevmədim. Kişi kişiliyini, qadın da qadınlığını bilməli deyənlərdənəm. Çox təəssüf ki! Həyat şərtləri və mədəniyyətin, məsuliyyətlə birlikdə fədakarlığın gətirdiyi birlikdəlik ünsiyyətini necə alt-üst etdiyini mən də sizlər kimi ürəyim burxularaq izləməkdəyəm.
Kişilər yatıb-durub seksdəki performanslarının hesablarını edərkən, birlikdə olduğu qadınların da bir şeylər istəyə biləcəyini fərq edəcək qədər, beyin və könül performanslarına diqqət yetirsələr, bizlər də qadınlığımızı bu qədər həsrətəyik düşünürəm! Evlilik ya da əlaqələrdə bir problem yaşandığında kişi üçün problem nədənsə yoldaşıyla yaşadığı cinsilikdən, qadın içinsə birlikdəlikdəki əskikliklərdəndir.Hç bir qadın, kişinin etməsi lazım olan işləri dayanıb dayanarkən boynuna götürməz. Sərt və tutduğunu qoparan, basqın xarakterli bir qadın belə olsa, ürəyi, kişi kimi olmağı istəməz.
Hər qadın bilir ki, kişilər güclü qadın istəsələr də, güclü qadını sevməzlər. Qadın bilər ki, kişisindən bir şey istəməzsə, kişi özünü öz kimi hiss edə bilməz! Qadın bilər ki, kişi, özündən çox şey istəyənə, özünə müəllimliyi hiss etdirənə sahib çıxar və də onu istər. Amma bilməzlər ki, bəzilərimiz digərlərini həmcinsimiz olaraq axmaq və süni də olsaq, səmimiyyətlərinə inanmasaq belə -yalan deyil!
Əgər həyat, qadına güclü olmasını tələb edəcək bir yol çəkib də məcbur etmişsə, güclü qadının günahı nə? Sarıldıqları insanların, yapışdıqları adamların onları layiq olmadıqlarını düşünüb, eşqə inanclarını itirib, özlərinə sığındılarsa! Tək qadının günahı nə? Əgər həyat, o qədər yükün altında əziləsi bir həyat təqdim etmişsə, əgər bir də bu qadının uşağı varsa, analığın ən böyük vəzifəsi olduğunun da fərqinə varmışsa, etdiyi yalnız ağlamaqsa! Yaxşı, bu qadının adı nə? Bir qadını qadın edən kişisidirsə, qadın da qadın kimi olmağı istəmişsə,buna baxmayaraq qadınlığı üçün darıxmışsa… Günahkar kimdir?
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri