Əziz qadınlar, İlk addımı ondan gözləyirsiz? =)

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 1 916
Səs ver:
(səs: 1)

alt
 

 

 

  Əziz xanımlar, növbəti məqaləmi  ailə münasibətlərinə həsr etməyə qərar verdim. Ümid edirəm ki, hər biriniz özünüzə aid nəsə götürəcəksiniz. Oxuyub şərhlərinizi də yazmağı unutmayın.

 

Çoxlarınızın ailəsində problem olur. Həll olunması gərəkdiyi anda kənarda durmağa üstünlük verirsiniz? Ya da hər dəfə yoldaşınızla mübahisə düşdükdə barışmağı birinci ondan gözləyirsiniz? Əgər hər iki sualıma "hə" deyirsinizsə, deməli sizin ailə səadətiniz təhlükə altındadır. 

   Bəzi qadınlar "ilk addımı həmişə kişilər atmalıdır" deyə düşünürlər. Bu "addım" isə qadınlara görə əlamətdar günləri xatırlamaq, sürprizlər hazırlamaq, tərəflərin arasındakı problemləri aradan qaldırmaq və.s ola bilər. Tutaq ki, nişan gününzün il dönümünü unudub. Bunun üçün siz onu cəzaladırırsınız. Zənglərinə cavab vermirsiz. Görüşə getmirsiz. Ya da görüşə gedib bərk mübahisə edirsiz. Bir də baxırsız ki, vaxt gəlib keçib artıq evinizə qayıtmalısınız. Əslində düşünsəniz ki, nişanlınızı həftədə müəyyən günlərdə görürsünüz və bu günü mübahisəyə sərf etmisiz aranızdakı münasibət soyuya bilər. Bəziləri də bu vəziyyətdən sui-istifadə edir. Və əgər ondan üzr hədiyyəsi almasa barışmır... 

 

    Gəlin bir düşünək tərəflərdən biri mübahisə ərəfəsində geri addım atsa nə baş verər? Sakitlik. Əmin amanlıq. Mübahisə bitər. Sakit başla bir çıxış yolu tapılar. Bəs əgər yoldaşınızla bərk mübahisədən sonra hədiyyə əvəzinə sərt sözlər və ayrılıq alsanız? Onda necə? Baxın. Onda sevdiyiniz insanı boş səbəbdən itirmiş olarsınız... Halbuki, ailədə tərəflərdən biri geri addım atsa tarazlıq pozular, bu da həlli mümkün olmayan problemlərin yaranmasına səbəb olar. 

   Ya da hər bayramda, özəl günlərdə ondan cürbəcür hədiyyələr alırsınız. Beləliklə, illər keçdikcə siz yoldaşınızdan daha çox hədiyyələr gözləyəcəksiniz. Daha bahalı, daha göstərişli. Ailə daxilində insanların müxtəlif fikirli olmaları normaldır. Sizə görə problem olan məsələ onun üçün heç də problem olmaya bilər. Belə olduğu təqdirdə o sizdən üzr istəməkdən imtina edər. Bütün bu səbəbləri düşünərək ilk addımı yoldaşınızdan gözləməyin. Əgər həll olunası məsələdirsə aranızdakı ilk addımı siz atmağa cəhd edin. Çünki itirdiyiniz hər dəqiqə ailənizin xoşbəxtlik səhifəsindən gedir...

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri