Qadınlar təkcə seks üçün deyil

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 492
Səs ver:
(səs: 0)
Qadınlar təkcə seks üçün deyil. İstənilən insanın hər hansı bir insanla edə biləcəyi hərəkətləri, fəaliyyətləri qadınlarla da etmək mümkündür. Qadınlarla dost, sirdaş, yoldaş da olmaq mümkündür.

Söhbət etmək
Arada fikri dağıtmaq üçün söhbət etmək lazımdır. Qadınlarla söhbət etməyin heç bir zərəri yoxdur. Bir qadın bir kişi olə normal insan kimi söhbət edə bilər. Lakin həmin kişi bu münasibətdən qadının onunla yatmaq istədiyi nəticəsini çıxarsa, qadın çox əsəbləşə bilər. Əsəbiləşən qadınla ilə diqqətli davranmaq məsləhətdir.

Gülmək
Məzəli bir hadisəyə gülmək çox təbii insani bir reaksiyadır. Gülmək bir ehtiyacdır və qadınlar da bu ehtiyaclarını aradan qaldırmağı bacarırlar. Yəni bir və ya daha çox kişinin olduğu mühitdə gülən qadın, heç də həmin kişilərə “yataq bölüşək” mesajını vermir. Hər hansı vəziyyət, hadisə məzəlidirsə ona gülürlər, bu qədər sadə.

Filmə baxmaq
Maraqlıdır, qadınlar bitdikdən sonra müzakirə etmək üçün kişilərlə film izləməyi sevirlər. Yəni bir kişinin kinoya getmək təklifini qəbul edən qadın, həmin kişi ilə birlikdə olmaq üçün "yaşıl işıq yandırır" demək deyil.

Dərdləşmək
Kişilər də insandır və kişilər arası söhbətlərdən bezib bir qadınla danışmağa ehtiyac duya bilərlər. Ümumi tendensiya belədir ki, kişilər və qadınlar həmcinsləri ilə oturub dərdləşdikdə bir-birinə haqq qazandırırlar. Halbuki, insanın tənqiddə də ehtiyacı var ki, doğrunu tapa bilsin. Bir qadını ən yaxşı kişi tənqidçisi, bir kişi də ən yaxşı qadın tənqidçisidir. Bir sözlə, qadınlar dərdləşmək üçün yaxşı yoldaşlardır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri