Qadın sünnəti haqqında

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 854
Paylaş:
Səs ver:
(səs: 0)
Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır.

Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.

Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.

Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.

Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.

Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.

Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.

Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun hansı fəsadları var?
Ginekoloq Ellada Sarıyeva AzVision.az-a bildirib ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.

Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir: “Qadın sünnətinin bir təhlükəli tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.

Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranır və asanlıqla tabe olur.

Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib ki, bunun ciddi təsiri yoxdur.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 854
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aylin...
men ilk defedi bele sey esidirem.yaziq qizlar sadece nesil artirmaq üçün yasiyirlar? ??
1 fevral 2017 15:35
6
hahahah
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
Bu haqqda melumatim var idi, tuk urpedici adetdir.(
31 oktyabr 2016 23:06
5
Burax bütün insanlar səni tanısın,
amma heç kim səni tam olaraq tanımasın.
İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
Offline
vipbetul
cox sefeh adetlerdir
31 oktyabr 2016 09:12
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
oxuduqca pis oluruq onsuz da.. təkrarıdır..((bunu ona görə edirlər ki guya dini qoruyurlar, yəni bunu etməklə qızlar da istəksizlik yaranır və nə xəyanət nə dəki fai. ..lik etməsin.bundan əvvəlki xəbərdə( üzrə istiyirəm)cinsi orqanın tikildiyini ,bəziləri isə ana ola bilmirlər,stress və qanaxmadan ölənlər olur yazılmışdı.bu xəbər də isə təhlükəli deyil.26anlamadım düzü.amma məncə bu heç bir dində yoxdur.zərərləridə olduqca çoxdur,batil adət və inanaclar işte; ((
31 oktyabr 2016 00:37
3
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Online
YalniZ-ArZu
Bu xeberi necenci defedir artiq tekrar verirler saytlar...etim urpewir oxuyanda.

Bu xeberi necenci defedir artiq tekrar verirler saytlar...etim urpewir oxuyanda.

Bu xeberi necenci defedir artiq tekrar verirler saytlar...etim urpewir oxuyanda.
31 oktyabr 2016 00:07
2
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
duymecik
Yox deve,bu ne gic adetdi
30 oktyabr 2016 23:09
1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv