Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sauna arıqladırmı?
Sauna arıqladırmı?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3244
Səs ver:

Kilo vermək istəyənlər arasında sauna zəiflədər kimi bir düşüncə vardır Bu səbəblə formasını qorumaq və zəifləmək istəyən kəslər tez- tez saunaya gedir.Yaxşı bu düşüncə nə qədər doğrudur?

Sauna zəiflədərmi? Saunaya girmək kilo verdirərmi? Suallarınızın cavablarını və daha çoxunu sizlər üçün paylaşırıq.
 

Sauna arıqladırmı?

Güclü bir diyet proqramı edənlər ya da çox kilolarından bir an əvvəl xilas olmaq istəyənlərin ən sıx soruşduğu suallardan biri də "sauna zəiflədərmi?". Sauna yüksək istilik səbəbiylə dərimizdə olan məsamələrdən daha çox su itirməmizi təmin edər və bədənimizin böyük bir qismi sudan meydana gəldiyi üçün tərəziyə çıxdığımızda kilomuzun azaldığını görə bilərik. Ancaq bu nisbi bir kilo vermədi çünki yağlar yerinə su atılmışdır və maye istehlak edərək bu su yerinə qoyulduğunda eyni kiloya geri dönərik.

Yəni "sauna zəiflədərmi" sualına veriləcək cavab "sauna zəiflətməz, yalnız daha çox su itirməmizə səbəb olar" olacaq. Üstəlik bəzi vəziyyətlərdə gərəyindən çox saunaya getmək ya da seansları uzatmaq təhlükəli dərəcədə su itirməyə səbəb ola bilər.

Yaxşı bu qədər insan niyə sauna gedir və saunanın hər hansı bir faydası varmı? Bəli var ancaq kilo vermək bunlardan biri deyil. Saunanın isti mühiti ürəyin daha sürətli işini təmin edərək nəbz yüksəldir və bu da ürək və damar sağlamlığını qorumaq baxımından faydalıdır. Təbii mövcud bir ürək narahatlığı olanlara tövsiyə edilən bir vəziyyət deyil.

Nəbzin və qan dövranının artması eyni zamanda immunitet sistemini gücləndirib xəstəliklərə qarşı qorunmağı təmin edir. Ayrıca tərlə birlikdə toksinlər bədəndən daha sürətli atılır, əzələlərdə rahatlama təmin edilir və bu sayədə stress azaldıla bilir.

Yalnız saunaya gedərək kilo vermək kimi bir şey söz mövzusu deyil. Yəni saunayla kilo vermək üçün saatlarla isti buxarda oturmaq lazımdır ki bu da bədənin inanılmaz dərəcədə su itirməsinə səbəb olaraq ölümlə nəticələnə biləcək vəziyyətlərə yol aça bilər.

Zəifləmək üçün artıq klassik bir qəlib halına gələn "Aldığınızdan çox kalorini yandırmaq" xaricində başqa bir həll yolu yox. Kalori yandırmağı nizamlı məşq proqramlarıyla dəstəkləyə bilər və daha tez kilo verə bilərsiniz. Ancaq tətbiq etdiyiniz diyet proqramında bədəninizin normal funksiyalarını yerinə gətirə bilməsi üçün lazım olan vitamin və mineralların olmasına diqqət yetirin. Unutmayın ən yaxşı və qalıcı kilo bəslənmə vərdişlərinizi kökdən dəyişdirərək edəcəyiniz bəslənmə ilə verilər.

 

 

Tərcümə etdi və hazırladı: PURE LOVE


Şərhlər:
Baxılıb: 3244
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz