Qadınlara aid edilən araşdırmalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 796
Səs ver:
(səs: 0)

ABŞ-dakı Harvard Universitetindən elm adamlarının etdiyi araşdırma, gündəlik həyatda ya da internet mühitində özündən bəhs etmənin beynin xoşbəxtlik və coşğu verən dopamin kimyəvi maddəsini ifraz etməsini təmin etdiyini göstərdi.
Elm adamları, özündən ya da yaşadığı bir hadisədən bəhs edərkən kəslərin beynində intim əsnasında ya da yemək yeyərkən alınan həzzin bənzərinin duyulduğu ifadə etdi.
Araşdırmaya qatılanlara bəzi suallara cavab vermələri üçün az, bir mövzu haqqındakı fikirlərini izah etmələri ya da özlərindən bəhs etmələri üçün isə daha az miqdarda pul təklif edildi. İştirakçılar özlərindən bəhs etmək və fikirlərini ifadə etmək üçün pul götürməkdən qaçdı. Qadın və kişilərin danışmalarının yüzdə 30-40-ında başqalarına fərdi təcrübələrindən bəhs etdiyini ifadə edən elm adamları, ictimai paylaşma saytlarında isə bu göstəricinin yüzdə 80-ə yaxın olduğunu vurğuladı. Araşdırma Amerikan Milli Elmlər Akademiyasının jurnalında nümayiş olundu.
Əgər ətrafınızdakı qadınlar çox ətir sıxmağa başlayıbsa ona qarşı diqqətli olun. Çünki edilən araşdırmalara görə çox ətir istifadə edən qadınlar depressiyada olur. İsraildəki Tel Aviv Universitetində edilən araşdırmaya görə depressiyada olan qadınlar qoxu hiss etmə duyğularında azalma olduğu üçün daha çox ətir sıxırlar. Depressiya qadınların maddələr mübadilələrisini pis təsir etdiyi üçün qoxu hiss etmə hissini də azaldır.
İngiltərədəki geyim mağazaları toplusu olan Matalanın etdiyi araşdırma, qadınların ömürlərinin təxminən bir ilinin qarderob qarşısında keçdiyini ortaya çıxardı.
16-60 yaş arası 2 min 491 qadının qatıldığı anketin nəticələrinə görə, bir qadının nə geydiyi, o qadının özü haqqında nə hiss etdiyini birbaşa olaraq təsir edir. Buna görə qadınlar hər səhər, həftə içində 16 dəqiqə, həftə sonunda isə 14 dəqiqə boyunca nə geyəcəyini düşünür.
Gecə çölə çıxacağı zaman isə bu müddət 20 dəqiqəyə qədər çıxır. Tətilə çıxarkən paltar seçmək isə tam 52 dəqiqə aparır. Qadınlar ömürləri boyunca ortalama 287 günlərini nə geyəcəklərini düşünərək keçirir.
Buna görə qadınlar ən çox özlərinə "Nə geyməliyəm" sualını yönəldərlər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri