Qızlıq pərdəsinin bərpası mümkündür?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 876
Səs ver:
(səs: 0)
Tibbdə hymen adı verilən qadın cinsiyyət orqanının 1-1,5 sm içərisindəki girişdə mövcud olan bu pərdə (örtük) vasitəsi ilə qızların bakirə olub-olmadığı müəyyən olunur. Pərdənin tam olması bakirəliyin işarəsidir. İlk cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılmasına "deflorasiya" deyilir. Lakin bu pərdə cinsi əlaqədə olmadan da hər hansı bir sürtünmə, hündür yerdən atlanma və ya hərəkət zamanı da zədələnə bilər. Hətta ilk cinsi əlaqədən sonra qanamanın olmaması mümkündür ki, bunun da səbəbi pərdənin yerləşmə mövqeyindən asılıdır.

Bu proses tibbdə hymenoplastika adlanır. Ancaq bu əməliyyatdan sonra cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür. Pərdənin tikilməsinin iki növü var birinci üzun müddətli tikiş, bu nəzərdə tutulan cinsi əlaqədən 6-9 ay əvvəl baş tutur və daha effektli olur, ikincisi isə müvəqqəti tikişdir ki, bu nəzərdə tutulan cinsi əlaqədən 3-4 gün əvvəl həyata keçirilir.

Tikilən pərdəni orjinalından fərqləndirmək mümkün ola bilər. Çox əlaqədə olmuş, yetəri qədər təcrübəsi olan kişi bunu dərhal anlayır. Həm də bu, kimisə aldatmaqdır və bununla sizə vurulmuş namus ləkəsi təmizlənmir. Ona görə də qızlar, ehtirasınızın qurbanına çevrilib özünüzü bir ömür boyu bədbəxt etməyin!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri