Qayda1: Xanım çox qısa ətək və çox dərin dekolte geyinmir. Qayda2: Xanımın yerişi lütfükar,rəftarı ecazkardır. Qayda3: Xanım saqqız çeynəmir və təhqiramiz sözləri dilinə gətirmir. Qayda4: Xanım ictimai yerdə makiyaj etməz. Qayda5: Xanım hər zaman təmkinlidir ,”ozündən çıxmaq” ona yad olan məvhumdur. Qayda6: Xanım hər zaman tədbirli olduğuna görə tələsmir və gecikmir. Qayda7: Xanım qeybət etmir,öyünmür və cəmiyyət arasında seksi müzakirə etmir. Qayda8: Xanım hər kəslə nəzakətlidir,şəxsin cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq. Qayda9: Xanım siqaret çəkməz və alkoqollu içkiləri yalnız özəl olaylar zamanı qəbul edər. Qayda10: Xanım "bir gecəlik” münasibəti qəbul etmir.
Qayda11: Xanım əlcək dəyişirmiş kimi kişi dəyişmir. Qayda12: Xanım ilk görüşdəcə kişinin maaşı ilə maraqlanmır. Qayda13: Xanım qısa müddət ərzində fiziki yaxınlığa yol verməz. Qayda14: Xanım çox danışmır,dinləməyi bacarır. Qayda15: Xanım sevgilisinə dostları ilə ünsiyyət qurmağı qadağan eləmir. Qayda16: Xanım özünü qısqanc qadın kimi aparmaz. Qayda17: Xanım bir az qürurlu olar həddi aşmamaq şərti ilə. Qayda18: Xanım ilk addımı atmır ,bunun üçün kişi var. Qayda19: Xanım sevgilisinin çatışmayan cəhətlərini onun üzünə vurmaz. Qayda20: Xanım səhvlərini etiraf etməyi bacarır.