"Tez ailə quran qızlar macəra axtarışına düşür"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 780
Səs ver:
(səs: 0)


- Erkən evləndirilən gənclərin psixoloji durumu sonrakı həyatında problem yarada bilərmi? 

- Əlbəttə, yarada bilər. Bu problemlər aşağıdakı formalarda təzahür edir:

• Ailəsindən soyuya bilər;
• Vaxtından əvvəl yaranmış ailə ağırlığından, məsuliyyətindən bezə bilər;
• Öz həmyaşıdları kimi macəra axtarışı düşüncəsində ola bilər.

- Evliliyə hazır olmayan 13-15 yaşlı qızlar bunu travma kimi qəbul edirmi?

-Təbii ki, həm fizioloji, həm də psixoloji baxımdan tam formalaşmamış bir gəncin ailə qurması düzgün deyil. Erkən evlilik onun həyatından və psixologiyasında bərpası mümkün olmayan izlər buraxır:
• Bu, heç vaxt unuda bilməyəcəyi və dilə gətirə bilməyəcəyi bir hiss olaraq qalacaq;
• 13-15 yaşlarında ailə quran qızların böyük əksəriyyəti bu evliliyi travma kimi qəbul edir;
• Stress depressiya halları zaman-zaman müşahidə edilir;
• Vəziyyətdən çıxmaq üçün mütləq peşəkar köməyinə ehtiyac var.

- Onların uşaq yaşda valideyn olması özlərinin və uşaqlarının psixologiyasına necə təsir edir? 

• Valideynlərdə yaşından tez qocalmaya səbəb olur;
• Uşaqların psixi inkişafında ləngimələrə gətirib çıxarır;
• Belə uşaqların cəmiyyətə adaptasiyası ya gec olur, ya da ümumiyyətlə olmur;
• Güzəştə getmə, bağışlamaq kimi hissləri zəif olur.

-Bu cür problemi olan və psixologiyası erkən evliliyə görə pozulan, özünü ətraf aləmdən təcrid edən gəncləri cəmiyyətə qazandırmaq üçün nə etməliyik? Qızıl məsləhətlər nə ola bilər?

- Bunun üçün xüsusi dövlət proqramı olmalı və bu proqram çərçivəsində psixoloqlar, sosioloqlar birlikdə iş aparmalıdır. Yalnız bu halda biz onları çəmiyyətə qaytara bilərik. Onların cəmiyyətə qayrtarılması və erkən evlilik hallarının azaldılması üçün 5 əsas şərt yerinə yetirilməlidir.

• Maarifləndirmə gücləndirilməli;
• Erkən evliliyin zərərləri barədə sosial reklamlar hazırlamalı;
• Mütəxəssislərin valideynlər və uşaqlarla ayrı-ayrılıqda və birlikdə görüşlərini təşkil etməli;
• Təhsil və səhiyyə nazirlikləri birlikdə layihələr reallaşdırmalı;
• Ərazi icra nümayəndələri erkən evləndirmə hallarına maksimum nəzarət etməli;
• Erkən evlilik halı aşkarlanarsa gəlinin kimliyi mediaya çıxarılmamalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri