Vaginal nahiyə təmizliyininin qaydaları

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 10 315
Səs ver:
(səs: 1)
Vaginal bölgə təmizliyi təklifi

1) Həkiminiz əksini məsləhət etmədikcə vaginanın içini yumaq üçün çıxarılan gigiyena məhsullarını istifadə etməyin. Ancaq bu məhsullarla xarici genital bölgənizi təmizləmənizdə bir qorxu yoxdur.

2) Tualet sonrası təmizlikdə, təmizliyin öndən arxaya edilməsi çox əhəmiyyətli. Əks halda vaginaya bakteriya düşə bilər.

3) Göbələk və digər bakteriyaların nəmli mühitlərdə daha asan törəməsi səbəbiylə vajinal bölgənin quru qalması əhəmiyyətlidir.

4) Cinsi əlaqə sonrasında və digər bütün zamanlarda sidik etmə ehtiyacı ortaya çıxdığında gecikdirilməməlidir.

5) Əlaqəyə kafi sürüşkənlik meydana gəlmədən başlamayın. Lazım olsa həkim təklifinə görə sürüşkənləşdirici məhsul istifadə edə bilərsiniz.

6) Aybaşı dövründə tamponu tez-tez dəyişdirməyə laqeyd yanaşmayın. Vajinal tamponlar uzun müddət vagina içində qalanda problem yarada bilərlər.

7) Cinsi əlaqə yolu ilə yoluxan xəstəliklər (CYBH) baxımından risk altında olan biriylə cinsi əlaqəyə girdiyinizdə prezervativ istifadə istəmək ən təbii haqqınızdır.

8) Ülgüc ət köklərinin infeksiyasının asanlaşdırar və genital bölgənin daha asan zərər görməsinə səbəb olar. Bunun yerinə qayçı istifadə seçim edə bilərsiniz.

9) Tualetdə unitaz qapağının üzərinə sərilən tək istifadəlik kağızları mütləq istifadə edin. Bir başqa problem də tualetin içindəki çirkli suyun genital bölgəyə sıçramasıdır. Bunu önləmək üçün çirkli suyun üzərini tualet kağızıyla bağlaya bilər ya da mavi su verici dezenfeksiyaedici həblərdən faydalana bilərsiniz.

10) Heç bir probleminiz olmasa da illik ginekolog müayinənizi etdirin. Bu, gec əlamət verən xəstəliklərin diaqnoz və müalicəsi baxımından çox əhəmiyyətlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 10 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri