Gözəllik haqqında deyimlər və sirrlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 321
Səs ver:
(səs: 1)
Bilirsinizmi, Əgər qadın gözəl deyilsə bu onun axmaqlığıdır.

Bu sözləri deyən məhşur Coco Chaneldi.

1. Coco Chanelə qədər qadınlar dar korsetlər içində acı çəkirdilər. Qadın şalvarı hazırlayan və geyən ilk qadın olan Coco Chanelin cəsarəti başlarda çox tənqid olunsa da, qısa müddətdə qadınlar arasında şalvar modası sürətlə yayıldı.
Coco, qısa şalvarları bahalı klassik geyimlərlə birlikdə geyərdi. Gecə çölə çıxarkən geymək üçün hazırladığı geniş şalvarları isə Marlene Dietrich sayəsində çox məşhur oldu.

2. Madmazel Coco, görünən diz qapaqlarının estetik olmadığını düşündüyü üçün ideal ətək boyunun dizləri örtən olduğuna inanırdı.
İş qadınları üçün düz və dar ətəklər hazırladı.

3. Coco Chanel 1926-cı ildə kiçik qara paltar anlayışını həyatımıza gətirdi. Həm gecə, həm gündüz istifadə edilən, həm seksual, həm çox istiqamətli olan, aksesuarlar ilə fərqli görünüşlərə bürünən bu paltarları qadınlara hədiyyə etdi.
Yas rəngi olaraq qəbul edilən qara, Chaneldən sonra klassik qəşəngliyin rəngi oldu.

4. 1925-ci ildə Coco, ilk yumşaq pencəyi hazırladı. Bu yeni bir yanaşma idi.
İpəkdən, qol oyuğu geniş və dar qollu təqdim etdiyi pencəklər çox zərif idi.

5. Ətir istifadə etməyən bir qadının gələcəyi yoxdur deyəcək qədər ətirə əhəmiyyət verən Coco Chanel, 1922-ci ildə qadınların və kişilərin dəli olduğu məşhur Chanel No5i yaratdı. Bu ətir, o gündən bu yana hələ ən çox satanlar arasındadır...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri