Pis tər qoxusunun 9 SƏBƏBİ

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 583
Səs ver:
(səs: 0)
Tər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?

Alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil.
Amma sizə yaxşı bir xəbərimiz də var. Tər qoxusunun gəlməməsinə nəzarət etmək insanın öz əlindədir. Pis qoxunun yayılmasına tər deyil, bakteriyalar təsir göstərir. Tər qoxusunun qarşısını almağın üsullarını təqdim edirik:

Sevdiyi adamla, ya da dostu ilə görüşə gedərkən tərləyən tək siz deyilsiniz. İnsanların böyük bir hissəsi stressli vəziyyətlərlə qarşılaşdıqda tərlədiyini deyir. Bu zaman hətta əllər, ayaqlar da tərləyir. Stressli vəziyyətlərdə yüksələn kortizol hormonu tər vəzilərinin daha sürətli işləməsinə səbəb olur. Tər paltarlara hopduqda bakteriyalarla birləşir və pis qoxunun yaranmasına gətirib çıxarır.

Yeni paltarlar da tər qoxusunun yayılmasına səbəb ola bilər. Bəzi parçalar dərinin nəfəs almasına mane olur. Yun parçalar isə tərin buxarlanmasını təmin edir. Bu da köynəyinizin pis iy verməsinə səbəb olur.

Polyester, sintetik, süni ipək kimi parçalar digərlərindən daha xoş görünsə də, təri əmmədiyi üçün daha da pis qoxunun yayılmasına səbəb olur. Alimlərin fikrincə, bakteriyaların “ən sevdiyi” parça sintetikdir.

Antiperspirantlar daha pis qoxunun gəlməsinə səbəb ola bilər. Çünki antiperspirant, dezodorant, bədən lasyonu və bədən geli kimi bəzi kosmetik məhsulların tərkibindəki maddələr bakteriyaları bəsləyərək çoxalmasını təmin edir və nəticədə daha pis qoxu yayılır.

Həkimlər bədən qoxusundan şikayət edən şəxslərə qoltuq altını yalnız su ilə yuyub silməyi tövsiyə edirlər. Əgər bu kifayət etmirsə, suyun içərisinə limon və ya alma sirkəsini damcı-damcı töküb qoltuq altını təmizləyə bilərsiniz. Limon suyu və alma sirkəsinin içərisindəki turşu bakteriyaları öldürüb qoxunu yox edəcək.

Pəhriz, hamiləlik, allergiya əleyhinə həblər kimi bir çox dərman növü tərləməyə səbəb olur. Bu baxımdan içdiyimiz bir çox dərmanlar tərləməyə səbəb olduğu üçün pis qoxular yaya bilər.

Bol sarımsaq yemək də ertəsi gün xoşagəlməz qoxunu lap dözülməz həddə çatmasına səbəb olur.

Alimlər maqnezium çatışmazlığı olan insanların daha çox bədən qoxusundan şikayət etdiyini açıqlayıb.

Qida rejiminizdə toksin ehtiva edən heç bir qida yer almasa, bir neçə gün içərisində maqnezium sayəsində daha xoş qoxa bilərsiniz. Yəni, sağlam qidalansanız və bir neçə tikə tünd şokolad yesəniz, sizdən şəkər kimi xoş qoxular gələcək.

Vegeterianlar və ət yeyən insanlar arasında pis qoxu mübahisəsi də öz elmi sübutunu tapıb.

Bəzi insanlar bədənlərinin quruluşuna görə çox miqdarda protein ehtiva edən yumurta, balıq, böyrək və paxlakimilər fəsiləsindən olan qidaları həzm edə bilmir. Nəticədə bəndəndən balığın qoxusunu xatırladan pis qoxular gələ bilər.

Həmçinin, sağlam qidalanma mütəxəssisi Dana Ullman yüksək zülallı qidaların asan həzm olunması üçün intensiv metabolik fəallıq tələb etdiyini, bu vəziyyətdə də xoş olmayan bədən qoxuları ortaya çıxdığını bildirib.

Süfrənizdə duran şirniyyatlar pis qoxulara səbəb ola bilər.

Bakteriyalar da insanlar kimi şirin şeyləri çox sevirlər. Çox şəkər yeyərkən bunlar sizə yalnız artıq çəki ilə nəticələnmir, eyni zamanda hədsiz mayalanmaya səbəb olur. Bu mayalanma prosesində şəkəri spirtə çevrilir və son dərəcə pis qoxular əmələ gətirir.

Tualet vərdişinin də olmaması pis qoxulaya səbəb ola bilər. Belə ki, sidiyi və ifrazatı uzun müddət saxlamaq stress və tərləmə ilə nəticələnir. Alimlər ciddi qəbizlik kimi problemlər yaşayan insanların həzm sisteminin aşkara çıxardığı toksinlərin dəri üzərindəki məsamələr yolu ilə bayıra atıldığını və bu vəziyyətində insanların ifrazat kimi iy verməsinə səbəb olduğunu bildirir.

Həmçinin sidiyi həddindən artıq saxladıqda, dəri məsamələrindən çıxan toksinlər də sidik iyinə yaxın olur.

Kartof qızartmasının da tər iyinə təsir etdiyindən xəbəriniz var?
Aparılan araşdırmalara görə, kartof qızartması eynilə digər ədviyyatlar kimi pis tər qoxusuna səbəb ola bilər. Tədqiqatçılara görə, qızarmış kartof , yağ və qızarmış qidalar həzm sisteminə pis təsir göstərir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri