Qadınlar...

Müəllif: Totu
Şərhlər: 11
Baxılıb: 2 909
Səs ver:
(səs: 1)
Bir mələk kimi, sevgi vermək üçün göndərilmiş dünyaya qadın... Qarşılıq gözləmədən sevmənin, fədakarlıq etmənin, şəfqətin nə demək olduğunu öyrətmək üçün...
Bezmədən izah etmək üzrə, səbr etmək üzrə, hər cür kobudluğa, alçaldılmağa, lağ edilməyə, yalanlara, ikiüzlülüyə dözmək üzrə göndərilmişdir... Dayanıqlılığı, nə qədər anlayışlı olduğu və dayanıqlılığı test edilsin deyə dünyadadır qadın... Bu mələk, sevginin libasına bürünüb gəlmişsə qapınıza, dünyada sizdən daha şanslı bir kişi ola bilməz... Amma görməyiniz lazımdır, başa düşməyiniz lazımdır... Qapıya gələn hər hansı biri kimi davrandığınız an mələyi küsdürəcəyinizi və onun bir başqa qapıya doğru yola çıxacağını bilməyiniz lazımdır...
O mələk, eşqi təqdim etməyə bu qədər hazırkən siz ağız büzsəniz, bir başqa mələyin də qapınıza uğrama ehtimalını yox deyiləcək qədər azaldarsınız... Qapınıza gələn o qadını, həyatınızın sonuna qədər bir mələk olaraq yaşatmağı bacarsanız nə xoşbəxt sizə...
Amma bu heç də asan deyil. Kövrək, küsəyən, maraqsızlığa dözüm edə bilməyən, dünyanın mərkəzi olmaq istəyən, sevgiyə hər daim ac, zaman - zaman yırtıcı kimi təcavüzkar olduğunu unutmamalısınız...
O, sizə hər şeyini verməyə hazırkən, sizdən də eyni şeyi gözləyəcək... Bir kişinin bunu edə biləcəyini də bilir... Edə bilməyəcəyiniz şeyi istəməz onsuz da... Amma edə biləcəkkən etməməniz halında gec - tez sizə bunu ödətdirəcək... Xeyr, bir intiqamdan danışmıram... Bir qadının hesab soruşma üsulu ya da qisas alma üsulu kişilərin ki, kimi dümdüz bir şey deyil... Onların hər şeyi incə - incə hesablayan, planlayan beyinləri elə qüsursuz bir fantastika edər ki, siz bir şeylərin dəyişdiyini anladığınızda çox təəssüf ki, çox gec olar...
Qadının, istəyib də əldə edə bilməyəcəyi heç bir şey yoxdur dünyada... Həyatınızı istəsə, onu da ələ keçərər... Müqavimət göstərə bilməzsiniz belə... Bir mələk, pislik edə bilməz bilirsiniz... Qadının etdiyi də pislik deyil əslində... Amma necə ki, özü dünyada çox şey üçün imtahana girir, sizdən də gözlədiyi onun üçün bəzi imtahanlar verməniz və o imtahanlardan da müvəffəqiyyətlə çıxmağınızdır...
Bir qadının şərtsiz dəstəyini alan kişinin kürəyinin yerə gəlməsi mümkün deyil... Əmin olun, həyatınız həmişə yaxşı istiqamətdə dəyişəcək... Onun zəngin ruhu, yaradıcılığı, xəyal gücü, sizə, təxmin edə bilməyəcəyiniz dünyaların qapısını açacaq... Bir mələk varsa həyatınızda onu mələk olaraq yaşatmaq üçün səy nümayiş etdirin...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri