Bu geyimlər qadın sağlamlığına zərər verir

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 3 874
Səs ver:
(səs: 3)
Qələm ətək
Qələm ətək dizləri bir-birinə yaxınlaşdırdığından bədən tarazlığını qoruyaraq yeriməyə çalışmaq çətindir.Dizlərin hərəkət qabiliyyəti azaldığından bu vəziyyət zamanla əzələlərin yığılmasına, hətta disklərdə problemlərə yol açır.

Ağır boyunbağılar
Boyun əzələləri, vətərlər və oynaqlar 4.5-5.5 kq. çəkidə başı daşımaq qabiliyyətinə malikdir. Ancaq boyuna həddindən artıq ağır boyunbağılar taxmaq boyundakı təbii tarazlığı pozur. Bu da boyun tutulmasına, ağrı və boyun əyriliklərinə gətirib çıxarır.

Bədəni yığan korsetlər
Lukra və ya elastik deyilsə, paltarların altından geyilən dar korsetlər rahat nəfəs almağa mane olur və hərəkət qabiliyyətini məhdudlaşdırır, onurğanın rahat hərəkət etməsinə imkan vermir. Mütəmadi olaraq korset taxdıqda beldə və onurğa sümüklərində qalıcı zərərlər yaradır.

Hündürdaban ayaqqabı
Həm ayaq, həm də kürək sağlamlığını təhlükəyə atır. Baş barmaqda çıxıntı və döyənəyə səbəb olduğu kimi, baldır əzələlərinin qısalmasına da gətirib çıxarır. Üstəlik, qan dövranını pozur. Diz ağrıları da məhz mütəmadi olaraq yüksək dabanlı ayaqqabı geyinəndə intensivləşir.

Boyundan bağlanan köynəklər
Bikini, paltar və ya alt paltarlarının boyundan bağlanan modelləri də sağlamlıq üçün təhlükə mənbəyidir. Çünki onlar da eynilə ağır boyunbağılar kimi, boyun, çiyin və kürək sümüklərinə təzyiq göstərir.

Dar büstqalterlər
Xüsusilə, böyük sinəli qadınlar incə asqılı lifçiklər taxmamalıdırlar. Əks təqdirdə, çiyinlərdə həm fiziki, həm də bioloji problemlərin yaranmasına yol açır.

Dar cinslər
Həm bel, həm bud, həm də baldırları sıxan dar cins şalvarlar yerişi pozur, oynaqlarda isə kəskin ağrılara səbəb olur.

Böyük çantalar
Hətta dirsəkdə saxladığınız böyük çantalar da onurğada zamanla əyriliyə səbəb olur. Qaməti pozur, çiyin, kürək və boyun sağlamlığı üçün təhlükəlidir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri