Ailə arasında olan bağlılıq və ya soyuqluq.

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4912
Paylaş:
Səs ver:
(səs: 0)
Ailənizin qayğısına qalıb onunla yola gedirsinizmi? Bir-birinizin ehtiyaclarına kömək edirsinizmi? Yoxsa bir-birinizdən ayrı dünyalarda yaşayıb evinizi bir otelə döndərmisiniz?

Bir-birinə uyğunlaşma, yetərli bərabərlik və oxşar yaşamaq deməkdir. Yeməyinizin,geyiminizin, əyləncənizin, məşğuliyyətlərinizin bir - birinə oxşaması sizin bir-birinizə olan uyğunlaşmanızın, aranızda olan sevginin bir növ göstəricisidir.
Təbii ki, bir-birinizin robotu və yaxud da kopyası deyilsiniz. Ruhunuz,insanlığınız,işiniz,sosial həyatınız fərqlidir.Bir-birinizin arasında olan uyğunlaşmanı fərqli dünyanızın bəzi bölmələrini birləşdirərək əldə edə bilərsiniz.Nə qədər ki,fərqlisiniz bir o qədər də bir-birinizə bağlı və bənzər olmalısınız.
Birlikdə evinizin nizam-intizamını, seçdiyiniz yeməkləri, qohumluq əlaqələrinizi, xobbilərinizi, dininizi, dünya görünüşünüzü paylaşırsınızmı? Biri çay evinə gedərkən digəri evində onu gözləyir. Biri uşaqların qayğısına qaldığı zaman digəri işindən ayrılıb evə gəlmək istəmir. Fərqliliklər çox olduqca aralarda da bir o qədər uzaqlaşma,soyuqlaşma olur. "Niyə xoşbəxt deyilik ya da niyə ayrıldıq.necə xoşbəxt yaşayırdıq?.” Başqa səbəblərə ehtiyac varmı?
Eyni evdə yaşamaq və eyni yatağı paylaşmaq, birlikdə zaman keçirmək deyil. Birlikdə olmaq,bir-birinə qayğı göstərmək, bir-birini başa düşmək, bir-birinə toxunmaq bir-birini dinləmək deməkdir.
Bir qadın ağlayır:” Həyat yoldaşım internetdə vaxt keçirməyi bitirib mənə vaxt ayırmır.Onun mənə vaxt ayırmasını gözləməkdən depresiyaya düşürəm” deyir. Sizin həyat yoldaşınız özünü pis hiss etdiyi zaman,sizin ona diqqət, qayğı göstərmənizi gözlədiyi zaman internetdə əyləncə axtarmağınız düzgün deyil.
Həyat yoldaşınız romantikdirsə onu öz məntiqinizlə tamamlamağa çalışın. Həyat yoldaşınız təmizliyi hədsiz sevirsə sizdə ona uyğunlaşmağa çalışın. Həyat yoldaşınız uşaqlarınızın qayğısına qalırsa siz də onların təhsili ilə maraqlanın, onların əylənə bilməsi üçün şərait yaradın. Həyat yoldaşınız qohumlara qarşı soyuqdursa siz onun qohumlarla münasibətinin düzəlməsinə köməklik göstərin.

Ona görə də əziz subay xanımlarımız evlənməmişdən qabaq 100 ölçün 1 biçin, birdə ki,bizim mentalitetdə belə bir şey var oğlanla qız biri - birilərinə özlərinə bəyəndirmək üçün olmayan və ya müsbət cəhətlərinə göstərirlər. Evlenirlər sonda isə bir-birinin mənfi cehetinidə görürlər.Çalışın ailə həyatı qurmadan öncə nələrdən xoşlamadığınızıda dilı gətirəsiz..

Unutmayın mənfi cəhəti sevemek asandı, mənfi və ya sevilməyən cəhəti sevməyə isə heqiqəten əsl sevgi lazımdır.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4912
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv