Qadınları depressiyadan çıxaran qəribə yollar...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 276
Səs ver:
(səs: 0)
Qadınlar kişilərə nisbətən 2 dəfə daha artıq depressiyaya düşə bilirlər. Bunu araşdırmalar da sübut edir. Səbəbi isə odur ki, qadınların özlərinə tələbatı çoxdur, eyni zamanda ətraflarından daim diqqət, qayğı umurlar. İstədikləri diqqəti görməyəndə isə asanlıqla depressiyaya düşürlər.

Aparılan sorğulardan da belə məlum olur ki, bu cür hallarda qadınların bəziləri xarici görünüşlərində dəyişiklik edir, hətta ehtiyac olmadığı halda gözəllik salonlarına gedib ya saçlarını kəsdirib-rəngləyirlər, alış-verişə çıxırlar, çox yeyirlər, ya da ki, səyahətə çıxırlar. Beləliklə də özlərini motivə etməyə çalışırlar. Təbii ki, problemdən bu cür çıxış yolu tapmaq o qədər də uğurlu olmur.

Məsələn, çox yemək gözlənildiyi kimi qadınlara xoşbəxtlik deyil, daha çox artıq çəki, yorğunluq gətirir. Halbuki, əvvəllər klassik depressiyada daha çox iştaha azalar, çəkidə həddən artıq arıqlama müşahidə olunardu.

Amma bu gün müasir depressiyanın ən böyük bəlalarından biri iştahanın patoloji şəkildə artması, kökəlmə və piylənmədir. Qadınlar sanki bütün depressiya acıqlarını, hirslərini yeməklə aradan qaldırmağa çalışırlar. Yaxud həddən artıq bədxərclik sonradan qadınlara başqa sosial problemlər yaradır və sair.

Qadınların depressiyadan çıxış yolları tapması onların insani də
yərlərindən və maddi durumlarından çox asılıdır: "Təbii ki, insanın maddi durumu yaxşıdırsa, o, daha çox alış-verişə üstünlük verəcək. Həqiqətən də insan alış-veriş edib, əyninə yeni geyim geyinəndə özünü tamamilə başqa cür hiss edir. Əgər adi bir geyimdəsiniz və xoşagəlməz bir olay baş veribsə, istər-istəməz əhvalı düzəltmək çox çətin olur. Ona görə də, bu cür hallarda əksər qadınların alış-veriş etməsi normal bir haldır. Bəzi qadınlar isə idmana gedir, təbii ki, bu da maddi imkandan asılıdır. Digərləri isə başqa cür reaksiya göstərir, rəfiqələri ilə görüşüb, dedi-qodu edirlər, bəzilərinin isə ümumiyyətlə, kiminləsə danışmağa əhvalı olmur. Yaşadığı stresslə mübarizə aparmaq üçün digər üsullara əl atır. Məsələn, saçını kəsdirir, ya da ki, rəngini dəyişir. Beləliklə də güzgüyə baxdıqda özündə dəyişiklik, yenilik görür və bu, ona stressdən çıxmağa köməklik edir”.\
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri