"Yaxşı oğlan"ın necə olduğunu hamımız bilirik. Amma təəssüf ki, bizim "yaxşı qız" anlayışımız ya yoxdur, ya da yaxşı inkişaf etməyibdir.
Daha doğrusu, qızın yaxşı olmağı onun öz adı ilə bağlı deyil. Qız özü durduğu yerdə yaxşı ola bilməz. O ancaq yaxşı oğlanın bacısı ola bilər.
Amma dünya dəyişdikcə "yaxşı oğlan" özü də müasir texnologiyalara uyğun dəyişdiyi kimi, yaxşı oğlanın bacısının parametrləri də periodik olaraq dəyişir. Bu xəbərdə çalışıb günümüzdə "yaxşı oğlanın bacısı"nın dəqiq təsvirini verək.